Adlan Şişxanov: "Siz Bakıda Formula 1 keçirirsiniz, biz isə sizin üçün Kişinyovdan Speyaya Dakar rallisi təşkil edəcəyik"

06.07.2016 | 3288 dəfə oxunub

Moldovanın “Daçiya” klubunun meneceri Adlan Şişxanov Avropa Liqasının I təsnifat mərhələsin “Kəpəz”lə cavab oyunu üçün mətbuat konfransı keçirib.

Stadium.az, həmin müsahibəni sizə təqdim edir.



- Bizi cavab görüşü gözləyir. Əla bilirik ki, iki oyunun nəticəsi əsas götürülür. Oyunun önəmini yaxşı anlayırıq və görüşə hazırıq.
  

- Rəqibin yenə eyni taktika ilə çıxış edəcəyini düşünmürsünüz? 
 
- Rəqibin taktikasının məni əsla maraqlandırmır. "Kəpəz"lə əsl döyüşün olacağına təminat verə bilərəm.   

- "Kəpəz"in məşqə getmək istəməməsi barədə nə düşünürsünüz? 

Moldovanın ərazisi cəmi 33 min kvadrat kilometrdir. "Kəpəz" 
getməməyi qərara alıbsa, öz işidir. Komandanın öz baş məşqçisi var.  

- Sizə təxribatçı suallar verirlər. Siz də eyni ruhda cavablandırırsınız...

- Xeyr, təxribatçı sualları Bakıda sizin jurnalistlər verirdilər. Üzlərində də heç bir təəccüb işarəsi görünmürdü. Mən isə özümə təqdim olunan açıqlamalar əsasında danışıram. Siz Bakıda Formula 1 keçirirsiniz, biz isə sizin üçün Kişinyovdan Speyaya Dakar rallisi təşkil edəcəyik. Oradakı stadionu sizin üçün cəhənnəmə döndərəcəyik. Stadion çox qaynar olacaq. 

- "Kəpəz"lə oyun öncəsi vəzifə dəyişikliyiniz nə ilə bağlı idi: Yenə texniki zonada durmaq üçünmü? 

- Xeyr, bizdə struktur dəyişikliyi çoxdan edilib. Mən Moldova çempionatının oyunlarında da texniki zonada dururdum. Sizin ola bilsin, xəbəriniz yoxdur, amma struktur dəyişikliyi yenicə tam rəsmiləşib. Ona görə də "Kəpəz"lə cavab görüşündə mən menecer kimi texniki zonada yer alacağam.   

- Burada sizin yerinizə baş məşqçi olsaydı, belə hörmətsiz fikirlər səsləndiirərdi? 

- Bu gün sualları mən cavablandırıram. İndi Oleq Bejenar;n özü xəstələnib. Qalsanız, iki gündən sonra sizi onlarla görüşdürərəm və o da eyni sözləri təkrarlayar. Biz döyüşə hazırlaşırıq. Növbəti mərhələyə köklənmişik. Heç bir planımız dəyişməyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail