İlham Əliyev stadionun açılışını etdi - FOTO

31.10.2011 | 6118 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak edib. Stadium.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulub.

Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, dörd sektorda üç min tamaşaçı yeriolan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilmişdir. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.

İnzibati binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafınagöstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılıb. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları var. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilmiş və “Gülbax” daşları ilə üzlənmişdir. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilib.

Dövlətimizin başçısının Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət və qayğınındaha bir təzahürü olan bu qurğu Ağsuda idmana olan marağı artırmaqla yanaşı, peşəkar idmançılarınyetişməsində də həlledici rol oynayacaqdır.

Stadionda yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev təbriklərini çatdırıb,tapşırıqlarını verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail