Ansi Aqolli: "Onların stadionun doldurmalarını istəyirəm"

10.07.2016 | 3402 dəfə oxunub

"Avro-2016"da Albaniya yığmasının kapitanı olan "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli mükafatlandıırlıb. Stadium.Az xəbər verir ki, təcrübəli futbolçu ATV-də "AVRO 2016" verilişində bu haqda danışıb.

Onun sözlərinə, Albaniya dövləti onların final mərhələsində debütlərində uğurlu çıxışını diqqətdən kənarda qoymayıb: 

"Hökumətimiz bizi mükafatlandırdı. Ancaq bizim üçün maddi məsələlər ikinci planda idi. Bizim üçün pul yox, azarkeşlərimizi sevindirmək önəmli idi. Onlara bəxş etdiyimiz xoş anlar bizə pul mükafatından üstün idi. Avropa çempionatı zamanı çoxlu zənglər, mesajlar aldım. Bunlar arasında "Qarabağ"lılar çox idi. "Qarabağ"ı Avropa çempionatında təmsil etməyim mənim üçün qürurverici idi".  

Aqolli Çempionlar Liqasında qarşıdakı sınaqdan da söz açıb: "Bu turnirdə Lüksemburqun "Düdelanj" klubu ilə oyuna hazırlaşırıq. İlk matçımız iyulun 12-də Bakıdadır. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onların stadionun doldurmalarını istəyirəm. Bu, bizə qələbə qazanmaqda kömək edəcək. İnanıram ki, onların dəstəyi sayəsində mərhələni keçəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail