Rəşadın qolu sınıb, amma şükür edir!

01.11.2011 | 5562 dəfə oxunub

“Qarabağ” klubunun rəsmi saytı aparıcı oyunçularından biri, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov ciddi zədə alması barədə xəbər yayıb. Stadium.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dünən məşqdə dirsəyindən zədə alıb. Müayinə zamanı Sadıqovun dirsəyində sınıq müəyyənləşib. Zədələnmiş hissəyə gibs qoyulub. İlkin təxminlərə görə, Rəşad ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Rəşad özü baş verənləri belə dəyərləndirib: “Təbii ki, istənilən halda zədə almaq üzücüdü. Xüsusilə, mövsümün belə gərgin anında. Qarşıdan gələn millinin 2 oyunun da ola bilməyəcəyəm. Belə baxanda yenə şükür edirəm. Daha ağır zədələnə bilərdim. İndi qolum sarğıdadı. Mümkün qədər özümü yormamalıyam. Nə etmək olar? Futbolçu həyatı zədələrdən sığortalanmayıb. Sağlamlıqla oyun oynamaq olmaz. Çalışacağam ki, ən qısa zamanda sağalıb meydana dönüm. İnanıram ki, həm millidə, həm də “Qarabağ”da yoxluğum hiss olunmayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail