"Xəzər Lənkəran" tarixində 19-cu kapitan

02.11.2011 | 6695 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun yeni kapitanı Rahid Əmirquluyev bu postda ilk oyununa çıxıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz”lə oyununa komandanı kapitan sarğısı ilə daşıyan 22 yaşlı yarımmüdafiəçi üçün bu məsuliyyət yad deyil. Belə ki, əvvəl “Xəzər Lənkəran”ın vitse-kapitanlarından biri olan Rahid artıq 1 dəfə meydana sarğı ilə çıxıb.

Bu hadisə 1 il əvvəl baş verib. Elə oktyabra təsadüf edən həmin görüş də Gəncə təmsilçisinə qarşı baş tutmuşdu. 2010/11 mövsümünün IX turunun o vaxt “Gəncə” adlanan rəqiblə oyununda Əmirquliyev ilk dəfə kapitanlıq hissi yaşamışdı. Oktyabrın 17-də, yəni 376 gün əvvəl baş tutan həmin qarşılaşma zamanı Rahid tamhüquqlu kapitan deyildi.

Həmin vaxt klub tarixində 16-cı kapitan kimi düşən Əmirquliyev əsas kapitan – qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması sayəsində belə etimad qazanmışdı. Gəncədə meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitən həmin görüşdə Rahidin siftəsi korlanmışdı. Lakin bu dəfə Lənkəran publikası önünə ilk dəfə kapitan kimi çıxan yarımmüdafiəçi və yoldaşları azarkeşlərə minimal hesablı qələbə yaşatdı – 1:0

Ümumilikdə isə, o, Lənkəran klubunda 19-cu kapitan olub. Rahidlə yanaşı daha 3 oyunçu - Füzuli Məmmədov, Junior Osvaldo və Elnur Allahverdiyev də 2 dəfə kapitan sarğısına layiq görülüb.

“Xəzər Lənkəran”ın kapitanları: Kamran Ağayev - 84, Mahmud Qurbanov – 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo, Elnur Allahverdiyev, Rahid Əmirqulıiyev – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Xaqani Məmmədov, Ruslan Poladov– hərəyə 1 dəfə.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail