Tahir Süleymanov: "İndiki durumda futbolumuzun "çiçəklənməsi" fonunda..."

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov özünün “Facebook” səhifəsində Avokuboklarda ölkəmizi təmsil
edən “Qarabağ” və “Neftçi” haqda yazıb. Stadiium.Az xəbər verir ki, Süleymanov
ölkə futbolunun son durumuna toxunaraq, hər iki kluba dəstək olmağın vacibliyindən
danışıb:
"Qarabağ"ın
mərhələ keçə bilməməsi hər birimizi üzdü. Şəxsi fikirimdi,
"Qarabağ" "Vitoriya"dan güclü komandadır. Çexlər keçiləsi rəqib
idi... "Qarabağ" cavab görüşündə çox yaxşı futbol sərgilədi. Sonluq
alınmadı. Təbii, müəyyən səhvlər oldu.
Qarşıdan
pley-off oyunları gəlir. Peşəkar analiz, təhlillər sonraya qalsın. Azarkeşlər
özlərinə gəlməyibsə, təsəvvür edin məşqçi, futbolçular hansı vəziyyətdədi.
Onların qısa müddətdə psixoloji çökmüş durumdan çıxması lazımdı. Bütün futbol
ictimaiyyəti, jurnalistlər, azarkeşlər öz dəstəyini əsirgəməməlidi. İfrat təriflərlə
yox, səmimiyyətlə...
Ölkə
futbolunun durumu göz önündədi. Ümumi inkişaf strategiyasının olmaması, "Xəzər
Lənkəran", "Bakı"nın tarixin yaddaşına köçməsi ,
"Neftçi", "Kəpəz", "Sumqayıt"in
"şu(r)alaşması, "İnter"in kənarda qalması, səkkiz (?) komandalı
çempionat və s..
Bu dözülməz
durumda "Qarabağ", "Qəbələ"yə dəstək olmalıyıq. Xəstələnmiş
futbol təsərufatından çıxıb Avropada nəticə qazanmaq asan deyil.
"Qarabağ"ı müdafiə etmək fikirində deyiləm. Bu səviyyədə yarışların
canlı iştirakçısı, hansı təzyiqlərdən keçmiş insan kimi, reallığı bildirirəm. Və
bu işin içində olmayanların, futbolun dərinliyini bilməyənlərin
"Qarabağ", "Qəbələ"in mənasız, məntiqsiz, şit təriflərinə,
müdafiəsinə də ehtiyac yoxdur. Reallıq başqadır. Bir anlıq təsəvvür edin,
"Qarabağ" və "Qəbələ", yuxarıda sadaladığım klubların cərgəsinə
qoşulub. Qrupları qoyun kənara, heç iki mərhələ olmayacaqdı. Hər iki klubun rəhbərliyinə
təşəkkürümü bildirirəm. Hansı təzyiqlərdən keçib komandalarını indiki səviyyədə
saxlamalarını, şüralaşmaya getmədiklərini biz bilirik. Bunun bir adı var - fədakarlıq.
"Qarabağ" və "Qəbələ"yə dəstək, tək klub futbolunun deyil,
ümumi futbolun xilası ola bilər.
Çempionlar
Liqasının qrupları xəyal deyil. Bunu həyata keçirmək mümkündür. İndiki
durumda futbolumuzun "çiçəklənməsi" fonunda deyil, fərdi, komanda fədakarlığı,
qəhrəmanlığı, peşəkarlığı sayəsində... Gələcək qəhrəmanlarımızın qədrini bilək...Onlar
futbolumuzda çox deyil”.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |