"Barselona" rəsmisi: “Azərbaycanda olmağımla fəxr edirəm"

02.11.2011 | 5491 dəfə oxunub

“Azərbaycanda olmağımla fəxr edirəm. Yeni bir ölkə ilə tanış olduq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Barselona şəhərinin Xristo Stoiçkov futbol akademiyasının texniki direktoru Antonio Sançes Munos deyib.

Oktyabrın sonlarında “Turan” klubunun uşaq futbol məktəbində seleksiya işləri aparan və 11 futbolçunu bəyənən ispaniyalı mütəxəssis bu gün mətbuat konfransı keçirib. Ölkəmizə səfəri barədə danışan Munos Tovuzda olarkən, perspektivli uşaqlarla qarşılaşdığını vurğulayıb: “Tovuzda olduğumuz müddətdə potensiallı uşaqlar gördük. Onların yaxşı gələcəyi olar bilər. Düşünürəm ki, uşaqların Barselonaya göndərilməsi onların şəxsi həyatlarında yenilik olacaq”. 

Azərbaycan futbolunun gələcəyi haqda da danışan Munos fikrini belə izah edib: “Futbolunuzun gələcəyi həmin uşaqların ayaqlarındadır. Bu gün uşaqların yetişdirilməsinə üstünlük verilməlidir”. 

O, daha sonra akademiya haqda məlumat verib: “Akademiyamız 12 ildir fəaliyyət göstərir. Düzdür, mən ilk gündən orada çalışmamışam. Vacib olan uşaqların futbol fəlsəfəsidir. Akademiyamızdakı komandalar 4-3-3 sistemi ilə oynayırlar. Lakin bu, elə də önəmli deyil”.

Akademiyanın iş planı haqda danışarkən texniki direktor uşaqları 4 mərhələyə böldüklərini vurğulayıb: “Birinci mərhələ 5-7 yaş arasını əhatə edir. Bu topla tanışlıq xarakteri daşıyır. Ayaq gərək topu hiss etsin. Həm də uşaq gərək əqli cəhətdən futbolu sevsin. İkinci mərhələ 8-11 yaşlı uşaqları özündə birləşdirir. Bu yaşlı uşaqlara əsasən futbol haqda fundamental biliklər çatdırılır, rəqibi aldatmaq, ötürmə vermək üzərində işlənilir. Növbəti mərhələdə 12-16 yaşlı uşaqlar yer alırlar. “Turan”ın futbolçuları da bu mərhələdə iştirak edəcəklər. Elə yaş dövrüdür ki, beyin yeniliyə meyllidir. 17-19 yaşlılar isə sonuncu mərhələdə cəmləşirlər. Bu futbolçunun peşəkar səviyyədə yetişməsinə gedən sonuncu yoldur. Artıq nəticələr və göstəricilərə baxılır. Onu da deyim ki, futbolçunun inkişaf dövrü asan proses deyil”. 

Stoiçkovun başçılıq etdiyi akademiyanın digərlərindən fərqi barədə danışarkən Munos təhsilə üstünlük verdiklərini bildirib: “Bizdə uşaqların futbol biliyi ilə yanaşı, təhsil almasına da ciddi diqqət yetirilir. Lakin digər akademiyalarda belə deyil. Ümumiyyətlə, Barselonada 4 akademiya fəaliyyət göstərir. Bizim akademiyada 1000 uşaq futbolun sirlərini öyrənir”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail