“Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi olub FOTOLAR

06.08.2016 | 3599 dəfə oxunub

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

Stadium.Az xəbər verir ki, açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb.

Mərasim Braziliyaya həsr olunan videoçarxın nümayişi işə başlayıb.

“Marakana” stadionunda quraşdırılan böyük səhnədə Olimpiya Oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Sonra məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı “Marakana” stadionunda qaldırılıb.

Daha sonra minlərlə projektor vasitəsilə “Həyatın yaradılışı” adlı kompozisiya təqdim olunub. 

Daha sonra Braziliyanın görkəmli şəxsləri haqqında elementlər təqdim edilib. Bu hissədə braziliyalıların təyyarənin banisi hesab etdikləri Alberto Santos-Dumontun təyyarə ilə uçuşu təsvir olunub. Braziliyalı bəstəkar Tom Jobimin nəvəsi Daniel Jobimin ifasında “İpanemalı qız” mahnısının sədaları altında səhnəyə bu ölkədən olan məşhur model Gizele Bündxen çıxıb. Sonra müxtəlif musiqi qrupları səhnədə çıxışlar ediblər və möhtəşəm atəşfəşanlıq olub.

Atəşfəşanlıqdan sonra qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artması, ekoloji problemlərin artması və bundan çıxış yolları ilə bağlı videoçarx nümayiş etdirilib. Filmdə meşələrin bərpası istiqamətində Braziliyada, o cümlədən Rio-de-Janeyroda həyata keçirilən tədbirlər əks etdirilib.

Sonra komandaların paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları arenaya daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar.

Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.

Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.

Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.


Rioda Azərbaycan bayrağı... -  Fotolar



“Rioda Azərbaycan bayrağı... -  Fotolar



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail