"UEFA AFFA ilə sıx əməkdaşlıq edir"

02.11.2011 | 5680 dəfə oxunub

Bakıda səfərdə olan UEFA-nın Klub Lisenziyası və Maliyyə Fair Play-i şöbəsinin rəhbəri Andrea Traverso AFFA-nın rəsmi saytına müsahibə verib.

Stadium.az müsahinə diqqətinizə çatdırır:
 
- Maliyyə Fair Play-i nədir və UEFA bu layihəni hansı məqsədlə tətbiq edir?
- Bu layihə bir neçə il əvvəl yaradılıb. UEFA-ya üzv olan 53 milli assosiasiyanın klublarındakı maliyyə vəziyyəti heç də qaydasında deyildi. Üstəlik, vəziyyət getdikcə çətinləşirdi. Bu sahədə müsbət mənada yeniliyə ehtiyac var idi. Beləcə, Maliyyə Fair Play-i layihəsini yaratmağı qərara aldıq.
 
- Bu layihə əsasən hansı klublara şamil olunur?
- UEFA-nın klub yarışlarında iştirak edən bütün klublara. Hazırda layihə UEFA-ya üzv olan 53 ölkənin 235 klubunu əhatə edir. Ancaq bu, nəzərdə tutduğumuzdan azdır. İnanırıq ki, hər bir federasiya bu layihəni daxili çempionatlarında mübarizə aparan bütün klublara tətbiq edəcək. Əlbəttə, Maliyyə Fair Play-inin bütün qaydaları assosiasiya tərəfindən hər bir kluba tətbiq olunmamalıdır. Təbii ki, milli assosiasiya daxili çempionatın səviyyəsini nəzərə alaraq, bu layihəni hansı klublara tətbiq edəcəyini özü müəyyənləşdirməlidir.
 
- Layihənin tələblərini yerinə yetirməyən klubları hansı sanksiyalar, cəzalar gözləyir?
- Hər hansı bir layihənin tətbiqi zamanı klublara kömək edilməlidir, maarifləndirmə işləri aparılmalıdır. Layihənin tələblərinə cavab verməyən klublar isə tənbeh olunmalıdır. Əgər hər hansı layihənin tətbiqində sanksiyalar nəzərdə tutulmayıbsa, bu, həmin layihənin uğursuz olması anlamına gəlməməlidir. Layihə o vaxt uğurlu olar ki, hər hansı kluba sanksiya tətbiq olunmadan həyata keçirilsin.
 
- AFFA-nın Lisenziyalaşdırma qrupu son 2 ildə yerli futbol klublarının lisenziyalaşdırma üzrə əməkdaşları üçün bir sıra seminarlar, treninqlər təşkil edib. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?
- UEFA bu istiqamətdə AFFA ilə sıx əməkdaşlıq edir. Lisenziya ilə bağlı məsələlərdə həmişə AFFA ön cərgələrdə olub.
Hər bir federasiya Maliyyə Fair Play-inin fəlsəfəsini, mahiyyətini anlayıb, təcrübə toplayandan sonra ölkəsində tətbiq etməlidir. Bunun üçün UEFA son 2 ildə müxtəlif seminarlar keçirib. Bu seminarlarda təkcə lisenziya sahəsi deyil, eyni zamanda infrastruktur və gənc futbolçuların hazırlığı ilə bağlı məsələlər də əhatə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail