Klublar cəzalandırıldı

09.08.2016 | 2224 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.  Stadium.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının I turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jayro Rodriges ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnib.

Oyunun 36-cı dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnib.

Azərbaycan Premyer Liqasının I turunun “İnter” – “Qarabağ”  matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun AZAL – “Neftçi” matçının 81-ci dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 800 manat cərimənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail