Şahin Diniyev: "Biz mütləq qələbə qazanmağa çalışacağıq"

12.08.2016 | 2732 dəfə oxunub

“Yenidən Gəncəyə dönməyimizə şadıq. Bilirik ki, bizi burada səbirsizliklə çoxsaylı azarkeş ordusu gözləyir. Onları mövsüm boyu yaxşı oyun və qələbələrlə sevindirməyə səy göstərəcəyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 2-ci turunda AZAL-la oyun öncəsi klubun saytına deyib.

Ş.Diniyev bildirib ki, ilk ev oyunu onlar üçün asan olmayacaq:

"AZAL ilk turdan necə rəqib olduğunu göstərdi. Rəqibimiz də səfər oyununa uğur qazanmaq üçün gəlib. Sabah biz mütləq qələbə qazanmağa çalışacağıq. Futbolçular məsuliyyəti anlayırlar. Mənə elə gəlir ki, havanın isti olması oyunun sürətinə təsir edəcək. Amma düşünürəm ki, bu yaxşı oyun göstərmək üçün səbəb olmamalıdır. Bizim ən yaralı yerimiz ön xəttdir. Hücumda çıxış edən futbolçular zamanla bir-birilərinə uyğunlaşacaqlar”.

Qeyd edək ki, "Kəpəz" - AZAL görüşü sabah saat 17:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail