Premyer Liqada düz 35 aydan sonra

15.08.2016 | 2609 dəfə oxunub

Azərbaycan Premyer Liqasının II turunda cəmi 3 qol vurulub. Stadium.Az xəbər verir ki, 4 qarşılaşmada orta hesabla 0,750  qolun qeydə alınması son 3 mövsüm (2014/15, 2015/16, 2016/17) üçün ən aşağı məhsuldarlıqdır.

 Daha az qolun qeydə alınmasına sonuncu dəfə 2013/14 mövsümünün VIII turunda təsadüf olunmuşdu. 2013-cü il sentyabrın 27-29-da keçirilən 5 görüşdə cəmi 2 qol vurulub. 35 ay əvvəlki məhsuldarlıq 0,400 olub. 2013-cü ilin sentyabrındakı tur zamanı qollardan birini meydan sahibləri, birini qonaqlar vurmuşdusa, bu dəfə öz meydanında oynayanlar fərqlənə bilməyib. Belə ki, hər üç topa qonaqlar sevinib.

Hesabat turunda “Qarabağ” “Sumqayıt”ı 2, “Zirə” “Neftçi”ni 1 cavabsız qolla məğlub edib, “Kəpəz” – AZAL və “Qəbələ” – “İnter” qarşılaşmalarında qol qeydə alınmayıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail