Rəşad Sadıqov: "Üzərimizdə təzyiq var idi"

26.08.2016 | 4910 dəfə oxunub

Pley-off matçında “Qarabağ” ilk oyunda 1:0 hesabıyla mığlub olduğu “Göteborq”u Bakıda cavabsız qolla məğlub edərək ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Stadium.Az xəbər verir ki, komandanın kapitanı və ilk qolun müəllifi Rəşad Sadıqov  oyun haqda danışıb:

“Bu gün fanatlar möhtəşəm idilər. Bizə dəstək olan hər bir azarkeşə tək-tək təşəkkür edirəm. Yaxşı oyun alındı. Qrup mərhələində çıxış etməyə haqq qazandıq, ən əsası budur.

Üzərimizdə təzyiq var idi. “Viktoriya” ilə yaxşı oynamışdıq, ancaq turu son anda əldən vermişdik, “Göteborq”la da səfərdə yaxşı oynamışdıq, onda da məğlub olmuşduq. Bunun da nəticəsində üzərimizdə təzyiq yaranmışdı. Şükür olsun ki, bunun altından qalxdıq və gözəl oyunla qələbə qazana bildik.

Hazırda gələcək rəqiblərimiz haqqında nəsə deyə bilmərəm. Oyun indicə bitib, heç bilmirəm qruplarda kimlərlə düşə bilərik. Bircə onu bilirəm ki, qruplarda zəif komanda olmur.

Biz çalışacağıq ki, əlimizdən gəldiyi qədər orda da layiqincə çıxış edək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail