Roman Qriqorçuk "Qəbələ"nin rəqiblərini dəyərləndirdi

26.08.2016 | 4417 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasının ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından və buradakı rəqiblər barədə danışıb. Stadium.Az xəbər verir ki, ukraynaı məşqçi komandasının qrup mərhələsindəki rəqibləri olan “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts”la (Almaniya) bağlı belə danışıb:

“Püşkdə bəxtimizə düşən rəqiblər nüfuzlu və güclü klublardı. “Qarabağ”ın “Sent-Etyen” və “Anderlext”lə oyunları keçmişdə qalıb. Bunun bizə heç bir bağlılığı yoxdu. Həmin görüşlərdən çox vaxt keçib. Bu müddətdə xeyli şey dəyişə bilər. Bu barədə danışmaqda heç bir məntiq görmürəm.

Qrupda qarşımıza hansısa vəzifənin qoyulmasından danışa bilmərəm. Qrup haqda yox, yalnız qarşıdakı oyun haqda düşünürəm. Çünki bu, dekabra qədər olan vaxtı əhatə edəcək. Bu qədər zamanı indidən fikirləşməyə ehtiyac yoxdu. Biz addım-addım irəliləmək prinsipi ilə yaşayırıq. Yalnız qarşıdakı oyun üçün hədəf müəyyənləşdiririk. Bundan sonra da belə olacaq. Bizim üçün qarşıdakı görüş daha vacibdi. Həmin matçda qalib gəlməyi özümüzə məqsəd qoyuruq və bunun üçün mübarizə aparırıq. Yəni oyunları tək-tək dəyərləndirəcəyik. Qrup mərhələsində də belə olacaq və ilk görüşü düşünəcəyik. Həmin oyunda rəqibin kim olmasının heç bir fərqi yoxdu. Evdə və ya səfərdə çıxış etməyimiz də burda heç bir rol oynamır.

Transfer məsələsində çalışmalarımız davam edir. Bu elə də asan deyil. Amma çalışacağıq ki, nəsə edək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail