Ruslan Qurbanov "Neftçi"ni "Qəbələ"yə dəyişib komandanı sərt tənqid etdi

01.09.2016 | 3891 dəfə oxunub

Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini millimizin və "Neftçi"nin futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 

Rusiyada anadan olan futbolçu Stavropol “Dinamo”sunun yetirməsidir. Bu ölkədə “Rostov” (2008-2010), “Nika” (2008, icarə əsasında) və “Taqanroq”da (2009, icarə əsasında) çıxış edən Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən “Neftçi”nin şərəfini qoruyan milli üzvü 2011-2013-cü illərdə “Sumqayıt”, 2015-ci ildə Xorvatiya “Hayduk”una icarəyə verilib. Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran oyunçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.

Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub. (klub saytı)


“Qəbələ”yə transfer olunan Ruslan Qurbanov “Neftçi”dən gedişini şərh edib. O, sosial şəbəkədə fikirlərini bölüşüb: 

“Qəbələ”yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara, həmçinin “Neftçi” fanatlarına minnətdaram. Onlar hər zaman qəlbimdə olacaqlar. 

“Neftçi”də çətin vəziyyətlə üzləşdim. Bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, hər kəs məni anlayar. Mənə qarşı haqsızlıq edildi. Bu, artıq son idi. Buna görə də “Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər. 

Özümü başqa komandada sınamaq və futbolçu kimi inkişaf etmək istəyirəm. Roman Qriqorçukla birgə çalışmağı arzuayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm. 

“Neftçi”də yaxşı günlərim olub. “Qəbələ”yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın “Şturm” klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı. 

İstəmirəm ki, “Neftçi” azarkeşləri mənə qarşı kin saxlasınlar. Onlar mənim hansı səbəbdən “Neftçi”ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail