Rövnəq Abdullayev: "Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm"

04.09.2016 | 4381 dəfə oxunub

"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi".
 
Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyununu (1:0) canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O, millinin gələcəkdə daha yaxşı oyun sərgiləyəcəyinə inandığını bildirib: "Ümumilikdə, dörd yüzfazilik qol şansı oldu. Ancaq istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyundan baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil".
 
Baş məşqçiyə də narahatlığını çatdırdığını deyən R.Abdullayevin fikrincə, R.Prosineçki gələcəkdə müəyyən taktiki dəyişiklikər edə bilər: "Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Baş məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir. Bu da yaxşı rəqabət yaradır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail