"Neftçi" - "XL": 6:6 və ya 938 gün

05.11.2011 | 5956 dəfə oxunub


Azərbaycan Premyer Liqasının II dövrəsinin ilk turu “Xəzər Lənkəran” və “Neftçi” arasında növbəti duellə əlamətdar olacaq. Stadium.az "Xəzər Lənkəran"ın rəsmi saytına istinadən xəbər verir ki, XII turun bəzəyi olan görüş həm də turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşanların mübarizəsi olacaq. “Böyük oyun”un iştirakçıları heç də həmişə öz aralarındakı görüşə ilk 2 pillədə gəlmir.

Bu dəfəki prinsipial qarşılaşma ümumilikdə 23-cü, Premyer Liqada 21-ci “Böyük oyun”dur. İndiyədək “Neftçi” ilə 22 dəfə üz-üzə gələn “Xəzər Lənkəran” 20 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb.

23-cü oyun ərəfəsində ümumi balansda tarazlıq hökm sürür. Daha çox heç-heçənin qeydə alındığı duellərdə tərəflər hərəyə 6 dəfə qalib gəlib. Komandamız 1 dəfə kubokda, “Neftçi” isə “Qızıl oyun”da qalib gəlib. Yəni çempionatın gedişində hər tərəf 5 dəfə sevinib. Bakıya bu tarazlığı pozmaq üçün yollanan “Xəzər Lənkəran” qələbə sayındakı bərabərlik fonunda top fərqində üstün durumdadır. Ümumilikdə, 10 heç-heçə edən rəqiblərin duelində daha inamlı qələbələr qazanan komandamız top fərqində rəqibdən 1 top öndədir – 20:19.

Top fərqi ilə yanaşı, psixoloji üstünlük də komandamızın tərəfindədir. Çünki bakılıların sonuncu qələbəsi 2009-cu il aprelin 12-ə təsadüf edir. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra ötən təxminən 2 il 7 ayda, daha dəqiqi 938 gündə “Xəzər Lənkəran” prinsipial rəqibinə uduzmur. Özü də bu müddətdə rəqiblər nə az, nə çox 11 dəfə üz-üzə gəliblər. Bu matçlarda lənkəranlılar 3 dəfə qalib gəlib və digər matçlarda 1 xalla kifayətlənib.

Onu da qeyd edək ki, məğlubiyyətsiz 11 oyundan 7-si Mirça Rednikin baş məşqçiliyi dövrünə təsadüf edir. İndiyədək “”Neftçi”yə uduzmayam mütəxəssis “Böyük oyun”larda bir komanda ilə 13 xal toplayan, ardıcıl 7 dəfə uduzmayan yeganə məşqçidir.

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

Azərbaycan çempionatı

2004/05 mövsümü

08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü

İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/11 mövsümü

İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio

Azərbaycan çempionatı
Final mərhələsi

18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay

2011/12 mövsümü

İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov - öz qapısına


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail