"Qəbələ" - AZAL: 16-cı duel

05.11.2011 | 5550 dəfə oxunub

Azərbaycan Premyer Liqasının II dövrəsinin ilk turunda “Qəbələ” AZAL-la qarşılaşacaq. XII turun noyabrın 5-də baş tutacaq görüşü rəqiblər arasında 16-cı matç olacaq. Belə ki, rəqiblər indiyədək 11 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəliblər. 

Kubokda tərəflər hərəyə 1 dəfə mərhələ keçməyi bacarıb. 2008/09 mövsümündə “Qəbələ” səfərdə qalib gəlib. Evdə heç-heçə etməklə yarımfinala yüksəlib. Həmin səfər qələbəsi “təyyarəçilər”lə oyunlarda uğursuz seriyanın qırılması ilə əlamətdardır. Belə ki, o oyunadək bütün matçlarda bakılılar qalib gəlirdi.

Növbəti mövsüm kubokun 1/8 finalında isə rəqiblər hərəsi öz meydanında qalib gəlib. Lakin mərhələni daha inamlı qələbə qazanan paytaxt təmsilçisi keçib. Elə həmin qələbə də bakılıların “Qəbələ” üzərindəki son qələbəsi kimi tarixə düşüb. Həmin matçdan sonra baş utan 731 gündə rəqiblər 5 dəfə üz-üzə gəlsə də “Qəbələ” heç vaxt uduzmayıb.

Çempionatdakı duellərə gəlində isə ilk 5 görüşün 1 qalibi var idi – bu da Bakı təmsilçisi. Lakin ardıcıl 5-ci qələbədən sonra “Qəbələ” rəqibinə uduzmur. Yalnız kubokda sevinən “təyyarəçilər” çempionatdakı son 6 dueldə qələbəyə həsrət qalıb. Bu həsrət isə 3 ildən artıq, daha dəqiqi bu seriya matç günü 1113 günə çatacaq.

Turnir oyun Qəbələ Heç-heçə AZAL Toplar
çempionat 11 2 4 5 9-15
kubok 4 2 1 1 3-3
Cəmi 15 4 5 6 12-18
Evdə 8 2 4 2 6-8
Səfərdə 7 2 1 4 6-10

AZAL - “Qəbələ”:
Bütün oyunlar

2006/07 04.11.2006 Premyer Liqa Gilan (Qəbələ) - Olimpik (Bakı) 0:3
2006/07 03.05.2007 Premyer Liqa Olimpik (Bakı) - Gilan (Qəbələ) 3:1
2007/08 02.09.2007 Premyer Liqa Qəbələ - Olimpik (Bakı) 0:1
2007/08 15.03.2008 Premyer Liqa Olimpik (Bakı) - Qəbələ 2:0
2008/09 18.10.2008 Premyer Liqa Olimpik (Bakı) - Qəbələ 1:0
2008/09 25.02.2009 Azərbaycan kuboku, 1/4 final Olimpik (Bakı) - Qəbələ 0:1
2008/09 11.03.2009 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Olimpik (Bakı) 1:1
2008/09 12.04.2009 Premyer Liqa Qəbələ - Olimpik (Bakı) 1:1
2009/10 17.10.2009 Premyer Liqa Qəbələ - Olimpik-Şüvəlan (Bakı) 2:1
2009/10 04.11.2009 Azərbaycan kuboku, 1/8 final Olimpik-Şüvəlan (Bakı)- Qəbələ 2:0
2009/10 11.11.2009 Azərbaycan kuboku, 1/8 final Qəbələ - Olimpik-Şüvəlan (Bakı) 1:0
2009/10 02.02.2010 Premyer Liqa Olimpik-Şüvəlan (Bakı) - Qəbələ 0:2
2010/11 23.10.2010 Premyer Liqa Qəbələ - AZAL (Bakı) 0:0
2010/11 19.12.2010 Premyer Liqa AZAL (Bakı) - Qəbələ 2:2
2011/12 19.08.2011 Premyer Liqa Qəbələ - AZAL (Bakı) 1:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail