"Qəbələ"dən rekord, "Neftçi"dən antirekord və ilklər

10.09.2016 | 3282 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyunu statistik məqamlarla zəngin olub. Stadium.Az xəbər verir ki, mövsümün ilk het-trikinin qeydə alındığı görüşdə hər iki komanda tarixi nəticəylə yadda qalıb.

Onlardan biri rekord, digəri antirekord kimi tarixə düşüb. 0:8 hesabı ilə uduzan “Neftçi” Azərbaycan çempionatlarında ən böyükhesablı məğlubiyyətini alıb. Bunadək bakılılar ən pis halda – iki dəfə 4 top fərqilə uduzmuşdu. “Ağ-qaralar” həm də müstəqillik dönəminin bütün yarışlarındakı ən ağır məğlubiyyətini təkrarlayıb. Paytaxt klubu 19 il əvvəl UEFA Çempionlar Liqasında Polşa “Vidzev”inə də eyni hesabla uduzmuşdu. “Qəbələ” Azərbaycan çempionatlarında ən böyükhesablı qələbəsini qazanıb. Bunadək əyalət klubu 6 top fərqilə qalib gəlmişdi. “Qırmızı-qaralar” tarixinin rekordunu da təkrarlayıb. Qəbələnin eyniadlı komandası 11 il əvvəl I divizionda oynadığı vaxt 8:0-a şahid olmuşdu. Klub tarixinin ilk matçında komanda “Şərur” üzərində ev qələbəsi qazanmışdı. Komandasının qollarından üçünə imza atan Baqali Dabo isə mövsümün ilk het-trikinin müəllifi kimi tarixə düşüb. (pf)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail