Jaba: "Digəri öz vaxtını gözləməli olacaq"

05.11.2011 | 4501 dəfə oxunub

“Bakı” klubunun braziliyalı futbolçusu Joao Silvinyo de Karvalyonun müsahibəsi:

- Uzun fasilədən sonra yenidən “Bakı”nın əsas komandasında meydana çıxdın və “Kəpəz”lə görüşdə vacib qələbə qazandınız. Bu görüş barədə təəssüratlarını bilmək maraqlı olardı...

- “Kəpəz”lə oyunda 3:1 qələbə qazanmağımıza baxmayaraq, görüş çox çətin alındı. Stadion bərbad vəziyyətdə idi. Bununla belə, meydanda sonadək oynadıq və qələbə qazandıq. Bu qələbədə futbolçuların birliyi ilə yanaşı, baş məşqçi Aleksandr Starkovun da böyük əməyi oldu. Məhz Starkovun oyunu oxuması və düzgün taktiki gedişlər etməsi 3 xal qazanmağımıza kömək oldu.Yenidən əsas komandaya qayıtmağıma gəldikdə isə bu mənim üçün normal idi. Baş məşqçi şans verdi, mən də çıxdım oynadım.

- Bir müddət “Bakı”da əvəzedici heyətin komandasında çıxış etdin. Baş məşqçi tərəfindən əvəzedici heyətə göndərilməyini necə qarşıladın?

- Əvəzedici heyətə məni baş məşqçi göndərməyib. Bunu mən özüm istəmişdim. Çünki həmin vaxt formada deyildim. Ona görə də bir müddət əvəzedici heyətdə çıxış etməyə qərar verdim.

- Yeri gəlmişkən, baş məşqçi Aleksandr Starkovla münasibətlərin necədir? Aranızda hər hansı bir problem yoxdur ki?

- Xeyr. “Kəpəz”lə oyundan sonra artıq 3 dəfə bu barədə məndən soruşublar. Yenə deyirəm ki, Starkovla aramda heç vaxt problem olmayıb. İnanmıram ki, bundan sonra da nəsə olsun. Əksinə biz çox yaxşı anlaşırıq.

- “Bakı”da Uinston Parks və Marius Verpakovskis kimi təcrübəli hücumçular var. Bu oyunçularla rəqabət aparmaq sənin üçün çətin olmayacaq?

- Rəqabət deyəndə ki, “Bakı”da bütün mövqelərə güclü futbolçular var. Ancaq bununla belə, bir-birimizi qırası deyilik ki? Kimin oyunu yaxşı alınarsa, o da meydana çıxacaq. Digəri isə öz vaxtını gözləməli olacaq. Təbii ki, buna baş məşqçi qərar verəcək.  

- Premyer Liqanın növbəti turunda “Bakı” öz meydanında Tovuzun “Turan” klubu ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsən?

- Məncə, bu oyun da çətin keçəcək. Çünki “Turan” bizim üçün  güclü rəqibdir.  Lakin “Bakı” kimi komanda üçün bu görüşdə qələbə qazanmaq çətin olmamalıdır və bu görüşdə qələbə bizim üçün mütləqdir. Xal itkisinə yol vermək olmaz. Bununla belə, rəqibə də hörmətlə yanaşırıq.

- Bu mövsüm komandanın qarşısına hansı məqsəd qoyulub?

- “Bakı” klubu hər mövsümdən öncə çempionata yaxşı hazırlaşır və yalnız çempionluq uğrunda mübarizə aparır. Bu mövsüm də istisna deyil. Komanda artıq yavaş-yavaş özünə gəlir. Qarşıdakı bütün oyunlara da yalnız 3 xal üçün çıxacağıq və sonda çempionluğa ümid edirik. Əlimizdən gələni edəcəyik ki, “Bakı” bir daha çempion olsun.

- Bəs, çempionluq yolunda hansı komandaları özünüzə ciddi rəqib görürsünüz?

- Çempionluq uğrunda mübarizə aparan komanda üçün bütün klublar ciddi rəqibdir. Burada fərq qoymaq düzgün deyil. Bütün komandalara ciddi yanaşmalıyıq ki, sonda uğur qazanaq.

- Bu mövsüm Premyer Liqada çıxış edən hansı komandanın oyununu bəyənirsən? 
- Yalnız “Bakı”.    

- Bir hücumçu kimi sənin üçün Premyer Liqada ən çətin keçilən müdafiəçi hansıdır?

- “Qarabağ”, “İnter”, “Neftçi” və digər iddialı klubların heyətində güclü müdafiəçilər var. Ancaq “İnter”dən Danildo Assiolini xüsusi fərqləndirərdim.

- Təxminən 2 il yarımdır ki, Azərbaycandasan. Bu müddət ərzində futbolumuzda hansı dəyişikliklərin şahidi olmusan? Ümumiyyətlə, futbolumuzda hər hansı inkişaf və ya geriləmə nəzərə çarpırmı? 

- Gəldiyim illə müqayisədə futbolunuzda çox böyük irəliləyişlərin olduğunu söyləyə bilərəm. Bir sıra klublarda inkişaf hiss olunur. Ancaq Azərbaycanda əsas problem stadionların bərbad vəziyyətdə olmasıdır. Çox təəssüf ki, “Kəpəz” kimi bir komandanın stadionu yararsız haldadır. Orada futbol oynamaq qeyri-mümkündür.  Gəncədə sözün həqiqi mənasında palçığın içində oynayırdıq. Meydançada ancaq qum və su var idi. Ot deyilən şeyə rast gəlmədim. Bu isə yaxşı oyun göstərməyə mane olur.

- Qış transfer pəncərəsi dönəmində və ya mövsümün sonunda komandanı dəyişmək fikrin varmı? Təklif gəlsə, gedərsən?

- Xeyr. Çünki mənim “Bakı” ilə 1 illik müqaviləm var və buradan ayrılmaq fikrim də yoxdur. Üstəlik klub prezidenti Hafiz Məmmədovla da çox yaxşı münasibətim var. Ona görə də “Bakı”da qalmağı üstün tuturam. 

- Sonda azarkeşlərə nə sözün var?

- Azarkeşlərə sözüm odur ki, hər zaman komandanın yanında olsunlar. Biz də çalışıb “Bakı”nın əvvəlki əzəmətini qaytarmaq istəyirik. İnanıram ki, bu mövsüm istəyimizə nail olacağıq.  

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail