Samir Abbasov: "Dəyişməyən bir şey olacaqsa, nədən danışasan"

11.09.2016 | 2621 dəfə oxunub

"Sonuncu dəfə bir ay əvvəl oyuna çıxmışdıq. Buna görə də futbolçuların meydana çempionatın ilk oyunu kimi çıxacaqlarından ehtiyatlanırdıq. Amma qorxduğumuz başımıza gəldi. Erkən qol buraxdıqdan sonra rəqibin ucaboy futbolçularına qarşı çıxış edə bilmədik. Çempionatın gedişi olsaydı, bəlkə də başqa cür çıxış edərdik".   

Stadium.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "İnter"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.   

O, komandanın keçmiş hücumçusu Ağabala Ramazanovun "İnter"in heyətində ikinci qolunun sevincini görmədiyini bildirib: "Bu, mənə qeyri-adi gəlmədi. "İnter" üçün can qoyur, qol vurur, buna da sevinməlidir".   

Abasov "Sumqayıt"a legionerin lazım olduğunu, amma bu barədə rəhbərlik qarşısında məsələ qaldırmağa gərək olmadığını bildirib: "Danışmağa gərək yoxdur. Dəyişməyən bir şey olacaqsa, nədən danışasan. Kim istəməz ki, legioner gətirsin?" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail