Millimiz FİFA reytinqində irəlilədi

15.09.2016 | 3163 dəfə oxunub

Milli komandaların FİFA reytinqi açıqlanıb. Stadium.Az xəbər verir ki, hesabında 252 xal olan Azərbaycan 133-cü yerdə qərarlaşıb.

Ötən ay açıqlanan cədvəldə 253 xalla 136-cı olan komandamız 1 xal itirsə də, 3 pillə irəliləyib.

Buna DÇ-2018-in seçmə mərhələsinin ilk oyunu səbəb olub. Hesabat dövründə San-Marinonu 1:0 hesabı ilə yenən yığmamız irəliləyişə imza atıb.

Millimizin irəliləyişinə digər ölkələrin nəticələri də səbəb olub. Ötən ay yığmamızı qabaqlayan Anqola, Tailand, Gürcüstan, Puerto-Riko geriləməklə daha aşağı yerlərə yuvarlanıb. Dominikan Respublikası isə komandamızı arxada qoyub.

Dünyanın 14-cü “onluğ”u

131 (129). Madaqaskar – 269

132 (124). Tanzaniya – 264

133 (136). Azərbaycan – 252

134 (132). Anqola – 247

135 (141). Sudan – 246

135 (120). Tailand - 246

137 (118). Gürcüstan – 240

138 (114). Puerto-Riko – 234

139 (151). Kuba – 229

140 (137). Salvador - 228

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə, Belçika 2-ci sırada qalsa da, Kolumbiya 3-cü pilləni əldən verib. Almaniya cənubi amerikalıları 4-cü yerə göndərib. 5 pillə irəliləyən Braziliya isə Kolumbiyaya şərik olub. İtaliya və İspaniya ilk “onluq”dan uzaq düşübsə, Uruqvayla Uels ora daxil olub.

İlk “onluq”

1 (1). Argentina – 1646

2 (2). Belçika – 1369

3 (4). Almaniya – 1347

4 (3). Kolumbiya – 1323

4 (9). Braziliya – 1323

6 (5). Çili – 1284

7 (6). Portuqaliya – 1228

8 (7). Fransa – 1188

9 (12). Uruqvay – 1173

10 (11). Uels – 1161

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Çexiya irəliləyib. Şimali İrlandiya 2, Norveç 20 pillə geriləyib. Yığmamıza uduzan San-Marino 2-ci “yüzlüy”ü də tərk edib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (4). Almaniya – 1347

30 (28). Şimali İrlandiya - 798

33 (34). Çexiya - 762

70 (50). Norveç - 487

201 (200). San-Marino – 17

Qonşu Türkiyə yığması 21-ci yerə yuvarlanıb. 2 pillə geriləyən  “ay-ulduzlular” 885 xala malikdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail