UEFA rəsmiləri "Bakı"nın bazasında - FOTO

06.11.2011 | 5018 dəfə oxunub

Azərbaycanda işgüzar səfərdə olan UEFA lisenziyalaşdırma departamentinin rəhbəri Andrea Traverso və liseziyalaşdırma departamentinin menecer auditoru Pablo Rodriges "Bakı" futbol klubunun təlim-məşq bazası və futbol akademiyasını ziyarət ediblər.

Stadium.az xəbər verir ki, tanışlıq və təftiş xarakteri daşıyan səfər zamanı klub infrastrukturu və futbol akademiyasının fəaliyyəti ilə tanış olan UEFA rəsmiləri klub infrastrukturuna ən yüksək qiymət veriblər.
 
Andrea Traverso burada gördüklərindən xeyli məmnun qaldığını bildirərək klubun rəsmi saytına açıqlama verib:
 
"Bakı" futbol klubunun təlim-məşq bazası və futbol akademiyası ən yüksək qiymətə layiqdir. Tam səmimi deyirəm ki, burada gördüklərim məni xoş mənada təəccübləndirdi. Cəmi 6 il əvvəl yaranan bir klub üçün bu fantastik göstəricidi. Uşaqlar üçün yaradılan şərait alqışa layiqdi. "Bakı" futbol klubunun bazası və futbol akademiyasının fəaliyyətini digər klublara örnək ola bilər, bu səbəblə geniş təqdimat hazırlayıb, gələcək seminarlarda nümunə kimi istifadə etmək fikrindəyik".
 
Liseziyalaşdırna üzrə ispaniyalı mütəxəssis Pablo Rodriges isə klub infrastrukturunun əvəzsiz bir kompleks olduğunu vurğulayaraq, "Bakı" futbol klubunun tam Avropa səviyyəli bir klub səviyyəsinə yüksəldiyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail