Dodo "Qəbələ"yə qayıdır?

21.09.2016 | 5976 dəfə oxunub

Ötən mövsüm “Qəbələ”dən ayrılan braziliyalı futbolçu Luis Paulo Hilario (Dodo) Azərbaycanda keçirdiyi illərdən danışıb. 

Stadium.Az xəbər verir ki, hazırda Yunanıstanın AEL (Larissa) klubunda çıxış edən yarımmüdafiəçi maraqlı açıqlamaları ilə yadda qalıb 

Futbolçu əvvəlcə Ellada futbolundan danışıb: “Bura Azərbaycandan tamamilə fərqlənir. Həm futbol baxımından, həm də yaşamaq baxımından fərqlər həddən çoxdur. Mənim üçün o qədər də asan deyil. Çox şey danışmaq istəmirəm”.

“Sambaçı” “Qəbələ”də oynadığı illəri hər zaman xatırladığını bildirib: “Mən heç zaman “Qəbələ”də oynadığım illəri unutmadım. Bəzən çox darıxıram. Mükəmməl günlərim keçib. Ümid edirəm ki, oralara qayıdacam. “Qəbələ”nin də uğurlu günləri davam edir və mən buna sevinirəm. Onlar ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşməklə hamıya sevinc bəxş etdilər. Yenidən bu komandaya dönmək istəyirəm. Əgər bir də bu komandada oynamaq şansım olsa, heç vaxt “Qəbələ”ni tərk etmərəm”.

Dodo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan PAOK haqqında da fikirlərini bölüşüb: “PAOK yaxşı komandadır. Ötən il biz də onlara qarşı oynamışdıq. Amma “Qarabağ” daha güclüdür. Düşünürəm ki, Azərbayca klubu onlarla oyunlarda maksimum nəticə qazanacaq”.  Qafqazinfo



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail