Samir Abbasov: "Qriqorçuk söyüş söyə bilər, mən yox?"

22.09.2016 | 3156 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov  Premyer Liqada III turdan təxirə salınmış  “Qəbələ” ilə oyundan (0:2) sonra matç barədə danışıb. Stadium.Az xəbər verir ki, Abbasov oyun haqda belə danışıb:

"Oyunun bu cür alınacağını bilirdik. Əks-hücumlara üstünlük verirdik. Birinci hissədə hava şəraiti problem yaradırdı. İkinci hissədə qol vurmaq üçün kifayət qədər şansımız oldu. Amma sonuncu ötürmə çatmadı.

Əsəblər aşıb, daşır. Heç bir narazılığım yoxdur. Qriqorçuk da mənim kimi məşqçidir. O söyüş söyə bilər, mən yox? 30 nəfər kimlərəsə lənət oxuyursa, bir gün həmin adamlar bunun cavabını verəcəklər. Birinci qol ofsaytdan vurulmuşdu. Mən özüm də əsəbləşdim. Eyni epizodda bizim qapımıza cərimə zərbəsi təyin edirlər. Aut atan futbolçumuzu tələsdirir. Hakim bizim autu tez atmağımızda niyə maraqlıdır ki? Əsəbiləşdim, tribunaya göndərildim. Buna görə peşman deyiləm. “Qəbələ”ni udmaq istəyirdik. Hətta heç-heçəyə də məyus olacağdıq. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? “Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub”.

Samir Abasov heyətlə bağlı problemlərə görə klub rəhbərliyindən narazılığını bildirib:

“Çempionata bir sağ cinah müdafiəçisi ilə başlayırıqsa, üstümüzə gəlməyə dəyməz. Bunun günahkarı kimdir? Bu sualı klub rəhbərliyinə verin. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? “Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail