Rəşad Sadıqov: "Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır"

22.09.2016 | 3310 dəfə oxunub

"Dünən baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir. Dünən də bu mənimçün sübut olundu". 

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubunun rəsmi saytına deyib. 

34 yaşlı müdafiəçi dünən "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. "Qarabağ" həmin matçda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.  

R. Sadıqov debüt oyunu haqda açıqlamasında baş məşqçiliyin çox məsuliyyətli iş olduğunu söyləyib: 

"Oyuna gəlincə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkli idi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı. Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Və dünən qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq. Amma buna baxmayaraq daha çox çalışmalıyıq. Dünən qələbə qazana da bilərdik, məğlub da ola bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail