Dmitri Bezotosnı dünyanın ən yaxşı qapıçıları sırasında

23.09.2016 | 5342 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınan "Qəbələ” – "Sumqayıt” (2:0) matçı meydan sahiblərinin mövsümdəki ardıcıl 5-ci "quru” oyunu ilə əlamətdar olub.

Stadium.Az xəbər verir ki, əyalət təmsilçisi geridə qalan turlarda qol buraxmayan yeganə komandadır. Komandanın ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. XXXIV turun mayın 11-də keçirilən "Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və "Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə isə "Kəpəz” (2:0), "İnter” (0:0) və "Neftçi”nin (8:0) ardından AZAL-la oyunu (3:0) da qol buraxmadan tərk edən Bezotosnı ardıcıl 7-ci dəfə qapısını "quru” saxlayıb.

Onun qapısında gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 688 dəqiqədir ki qol buraxmır.

Dünyanın ən uzun "quru” seriyalarının siyahısına ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyündən Dmitri artıq bu göstəricidə özünə yer tuta bilib. Bezotosnı "Qəbələ"nin tarixində ilk qapıçıdır ki, 2-ci dəfə həmin siyahıya düşüb. Belə ki, 32 yaşlı əlcək sahibi ötən ilin payızında 727 dəqiqəlik seriyayla şəxsi rekordunu müəyyənləşdirmişdi. İndi onu bu göstəricini təkrarlamaqdan 39 dəqiqə ayırır. Dmitri növbəti turda "Zirə" ilə səfər matçında da qol buraxmazsa, öz rekordunu yeniləmiş olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail