Millimizin qapıçısı: "Amma ən çox ağlamağıma səbəb..."

23.09.2016 | 3112 dəfə oxunub

Futzal üzrə dünya çempionatında iştirak edən milli komandamızın qapıçısı Rövşən Hüseynli yenidən liderliyə yüksəlib. Stadium.Az xəbər verir ki, çərçivə qoruyucusu 1/8 finalda Tailanda 13:8 hesabı ilə qalib gəldiyimiz oyunda seyvlərinin sayını 64-ə çatdırmaqla birinci pilləni ələ keçirib.

Mozambik millisinin qapıçısı Nelson 57 seyvlə ikinci, vyetnamlı Dinh Thuan isə 3-cüdür.

Bundan başqa Rövşən Hüseynli Tailandla qarşılaşmada son qolu vurmaqla da diqqət çəkib. O, hesabı 13:8 edən qolun müəllifi olub.

Lakin Hüseynli komandamızın ¼ finalda Portuqaliyaya qarşı keçiriəcəkləri oyunu buraxacaq. Son matçda sarı vərəqə ilə cəzalanan qapıçımızın yoxluğu komandamız üçün ciddi itkidir.

Tailanda son qolu vurduqdan sonra ağlayan Hüseynli açıqlamasında bunun da səbəbini izah edib: “Öncə millidə ilk qolu vurduğum üçün sevincdən ağladım. Amma ən çox ağlamağıma səbəb ¼ finalda meydana çıxa bilməyəcəyimdir. Çox təəssüf edirəm ki, vacib görüşdə qapıda dura bilməyəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail