Samir Abbasov: "Kim necə edir bilmirəm, mən dəyişirəm"

01.10.2016 | 4201 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində AZAL-ı qəbul edən "Sumqayıt" rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Stadium.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyunu belə şərh edib:

- Oyunu iki hissəyə bölsək, qazandığımız 1 xal qənimətdi. İlk hissədə çox pis oynadıq. Nədəndirsə, artıq neçənci oyundu ki, ilk dəqiqələrdən qol buraxırıq. Yaxşı olan odu ki, sonradan toparlana bilirik. Yavaş-yavaş irəliləyirik. Sürünə-sürünə, çabalaya-çabalaya olsa da.

- "Neftçi" ilə oyundakı qalib heyəti niyə dəyişdiniz?

- Kim necə edir bilmirəm, mən dəyişirəm. Narazı olduğum oyunçunu dəyişirəm. Biz optimal heyət axtarışındayıq.

- Mirabdulla Abbasovu niyə ehtiyatda saxlamışdınız?

- Düşündüm ki, Amil Yunanov bu oyunda daha effekti olar.

- "Neftçi" ilə oyunda yaxşı oynadız. Bu gün niyə alınmadı?

- Çox maraqlı sindrom var - biz öz gücümüzə uyğun rəqiblərlə çətinlik çəkirik. Ötən mövsüm də belə olub, indi də elədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail