Baqali Dabo: "Fransaya qayitmaq planım yoxdu"

13.10.2016 | 7965 dəfə oxunub

"Qəbələ" klubunun hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib.

Stadiuml.az xəbər verir ki, "Footmercato"ya danışan Dabo

 açıqlamasında ölkəmizə gəlişindən danışıb. "Kretey"də işlərim pis getmirdi, amma klub aşağı diviziona düşəndə, orada qalmaq ehtiyacı duymadım. Fransa klublarından iki təklifim var idi. "Klermon" və "Orlean" məni heyətdə görmək istəyirdilər, amma yekunda "Qəbələ"ni üstün tutdum. Özümü ölkədən kənarda, Avropa Liqasında oyanayan klubda sınamaq istəyirdim. Bura gələrkən, qrup mərhələsinə yüksələcəyimizi düşünmürdüm, amma qələbələr qazandıqca, "niyə də yox?" dedik". 


Təsnifat mərhələsində "Samtrediya" və MTK klublarına qarşı oyunlarda o qədər də çətinlik çəkmədik. Amma "Lille" ilə qarşılaşanda özümüzdə əlavə motivasiya hiss etdik. Hər iki matça çox hazırlaşmışdıq və mərhələni adladıq. "Maribor" səfəri isə ən həyəcanlı idi. Biz anlayırdıq ki, var gücümüzü qoyaraq hesabı qorumalıyıq". 

Fransalı futbolçu Azərbaycandı həyatından da danışıb: "Biz oteldə yaşayırıq. Vaxtımızın böyük hissəsini birlikdə keçiririk. "Qəbələ"dəki infrastruktur çox yaxşıdır, Fransanın 1-ci və 2-ci liqasında klubların bazalarından geri qalmır. Ötən mövsüm Azərbaycanda "Qarabağ" çempion oldu.  Bu mövsüm də onlar qızıl medallar uğrunda mübarizə aparırlar. 

Baqali Dabo "Qəbələ"nin heyətində digər futbolçularla çox rahat ünsiyyət qurduğunu qeyd edib: "Br çox futbolçular öz aralarında ingiliscə danışır. Həmçinin rus və portuqal dilində danışanlar da var. Hər kəs bir-birini yaxşı başa düşür. Yerli və əcnəbi futbolçular arasında münasibət çox yaxşıdır". 

Forvard Azərbaycan Premyer Liqasını Fransa çempionatı ilə də müqayisə edib: "Topaz Premyer Liqası Fransa 1-ci Liqasının orta komandaları və 2-ci Liqanın güclü komandalarının qarışığına bənzər bir çempionatındır. Bəzi komandalar fiziki cəhətdən güclü deyil, amma "Qarabağ"la son oyunumuzda biz xeyli enerji sərf etdik.

Sonda Dabo gələcək planları barədə məlumat verib: ""Qəbələ" ilə 2 illik müqavilə imzalamışam. Fransaya qayıtmaq planlarım yoxdu. Gələcəkdə Türkiyəyə və ya digər Avropa ölkəsinin klublarına keçə bilərəm. Sözsüz ki, təklif gələrsə".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail