Fariz Nəcəfov: "Rəhbərlik kapitanın kim olması ilə bağlı baş məşqçiyə heç bir müraciət etmir"

17.10.2016 | 3555 dəfə oxunub

"Oyuna çıxana qədər hazır olmalıdır. Komandaya yardımçı olmaq üçün edəcəyi müəyyən prosedurlar var". Stadium.Az xəbər verir ki, bunu "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov komandanın sabiq futbolçusu Cavid Hüseynovla imzalanan müqavilə haqda danışarkən deyib.

O, keçmiş kapitanın onları təəccübləndirdiyini bildirib: "Cavidlə görüşdüm, danışdım. Təəccüblü olsa da, fiziki hazırlıq üzrə məşqçimiz bir gün onunla hazırlaşıb. Gözlənilənin əksinə olaraq onun fiziki forma hazırlığı aşağı deyil. Ən azından Cavid bərpaedici məşqlər üçün hazırdır. Bundan sonra formasını da bərpa edib komandaya kömək edə bilər. Bunlar hamısı texniki məsələlərdir. Klub olaraq Cavidlə müqavilə imzalamağa qərar verdik. Tez bir zamanda formaya düşüb komandaya kömək etsin".

Vitse-prezident sabiq kapitanın yenidən komandanın lideri olacağına belə münasibət bildirib: "Bu məsələlər baş məşqçi və komandanın bir neçə futbolçusu ilə məsləhətləşdirilmiş şəkildə olur. Rəhbərlik kapitanın kim olması ilə bağlı baş məşqçiyə heç bir müraciət etmir. Kim layiqdirsə, özünü lider hesab edirsə, buna uyğun addım atırsa, o da kapitan olur".

Klub rəsmisi müqavilənin mövsümün sonunadək imzalanmasından da danışıb: "Belə məsləhət oldu ki, mövsüm sonunadək qalsın. Ehtiyac duyularsa, gələcəkdə müqavilə artırıla da bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail