Tərlan Əhmədov: "Qol epizodlarından istifadə edə bilmirik"

25.10.2016 | 4011 dəfə oxunub

"Hər bir məşqçi qələbə qazanmaq istəyər. Bir xal üçün meydana çıxmamışdıq. Autsayder olmağımız qarşımıza hər oyunda qələbə qazanmaq məqsədini qoyur".

Stadium.Az xəbər verir ki, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının IX turunda "Zirə" ilə oyundan (1:1) sonra "CBC Sport"a açıqlamasında deyib.

Baş məşqçi daha sonra bunları bildirib:

"Nəticə 1:1-dirsə, deməli ədalətlidir. Bundan sonra nəyisə analiz etmək baş məşqçi və futbolçu arasında olacaq. İki hissədə fərqli oyun izlədik. Sadəcə hücum xəttindəki problemləri aradan götürə, qol epizodlarından istifadə edə bilmirik. İlk hissədə əzmkarlıq yox idi, ancaq ikinci hissədə tam əksinə oldu. Oyunun gedişatında hiss etdim ki, üstünlük biz tərəfdədir. İkinci hücumçunu oyuna salanda hiss etdim ki, qol vurmaq olar. Kamalla Qeyrəti müdafiəyə çəkərək Canalidze ilə Röyalı hücumda oynatdım. Sırf qələbə üçün bu addımı atdım. Qalib gəlməyə çalışırdıq. Qol vurduqsa, bu da uğurdur. Oyuna girə futbolçunun qol vurma hissini sözlə ifadə etmək mümkün deyil. "Zirə" ilə ilk oyunda da Canalidze oyuna girən kimi qol vurmuşdu. Ancaq ola bilərdi ki, dəyişiklik edən futbolçu qol vurmasın. Futbolçu fərqlənəndə məşqçi hiss edir ki doğru seçim edib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail