Belə halın olması heç birimiz üçün xoş deyil" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çox vacib qələbə qazandıq. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Futbolçuların oyun intizamı yaxşı idi. Azarkeşlərimizi təbrik edirəm. "Neftçi”yə uğurlar arzulayıram. Sıx qrafikdə oynayırıq. Futbolçular daha da bir olmalıdılar. Bu gün tam olaraq, düşündüyümüz hücumları qura bilmədik. "Neftçi” bizi yaxşı analiz etmişdi. Bu komandanı hamımız çox istəyirik. Bu sistemi daha da aktivləşdirsələr, yaxşı olacaq.
- "Qarabağ”lı futbolçu azarkeşi vursaydı, Qurban Qurbanov hansı tədbiri görərdi?
- Belə halın olması heç birimiz üçün xoş deyil. Azarkeşi də, futbolçunu da başa düşmək olar. Çalışmaq lazımdır ki, bir olub, bu vəziyyətdən çıxaq. Arzulamıram da ki, bizdə belə vəziyyət olsun. Hərə öz vəzifəsini yerinə yetirməlidir.
- Avrokubok oyunlarından sonra klublarımızda yorğunluq hiss olunur. Bu problemi aradan necə qaldırmaq olar?
- Son vaxtlar belə problemimiz olmayıb. Əvvəl dəb idi ki, hamı yorğunluqdan danışırdı. Bu gün nə mən, nə də futbolçularım bu haqda düşünürük. Tibb bunu göstərir ki, avrokubok oyunlardan sonra futbolçular yorulur, özü də daha çox psixoloji cəhətdən. O oyunlara hazırlaşmaq çox çətindi. Yurgen Klopp bunu mənə demişdi ki, avrokubok oyunlarından sonra çempionat matçına hazırlıq çətin olur. Mən də bəzən futbolçularıma istirahət verirəm. Biz həm Avropa Liqasında, həm də çempionatda oynamağa indi-indi başlamışıq. Oyunçuların statistikasına fikir veririk, buna əsasən onları oynadırıq.
- Rəşad Sadıqovun durumu nə yerdədir?
- Rəşadın zədəsi var. Srağagün məşqdən sonra ayağında ağrı hiss etdi. Buna görə də bu gün risk etmək istəmədik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |