Qanunsuz idman mərc oyunları ləğv edilir

26.10.2016 | 3430 dəfə oxunub

Azərbaycanda bəzi nazirliklərə qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində yeni səlahiyyətlər verilib.  
 
Stadium.Az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili işlər və vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail