Müsəllimə dəstək olaq!

26.10.2016 | 4270 dəfə oxunub

Futbolun bəzəyi azarkeşdir. Azarkeşsiz futbol kimə gərəkdir?? Ölkəmizdə də futbolun pik həddə olmamasına bir başa səbəb azarkeş sıxıntısının olmasıdır. Klublarımızı kifayət qədər azarkeş tribunadan dəstəkləmir. Amma yoxda deyil. Hər bir klubumuzun müəyyən kütləsi var ki, daim sevdiyi komandasının yanında olur. Bunu özünə borc bilir. Belə adlardan biri də, çoxlarının tanıdığı "Neftçi"li Müsəllimdir. Müsəllim ağır xəstəliyə düçar olub. Bu səbəbdən də sevdiyi komandasının son oyunlarına da gələ bilmir. Amma xəstəlik heç də sağalmaz deyil. Sadəcə Müsəllimə maddi dəstək lazımdır. Belə azarkeşlər təkcə klub üçün, klubun futbolçu heyəti üçün deyil, ölkə futboluna yaxından-uzaqdan əlaqəsi olan hər kəs üçün dəyərli olmalıdır. Dəyərlinin isə dəyərin, sağlığında gərək biləsən. Məncə, AFFA, bütün futbol klublarımızın rəhbərləri, futbolçuları, azarkeşləri yumruq kimi birləşib dəstək olsalar, Müsəllim tezliklə sağalıb ayağa qalxar. Ayağa qalxar ki, o ayaqlar onu sevdiyinə aparsın. Doğma Millisinə, doğma "Neftçi"sinə, doğma tribunasına!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail