"Bu hərəkəti edən futbolçu komandanın lideri, gözü olsa da, dərhal qovulmalıdır"

27.10.2016 | 3568 dəfə oxunub

“O futbolçu dərhal Azərbaycandan qovulmalıdır. Fikirləşmədən. O özü  düşünmədən Azərbaycandan getməlidir. Əvvəlcə isə üzr istəməlidir”.

Stadium.Az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında “Xəzər lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

O, “Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın “Qarabağ”la oyunda meydana girən azarkeşi vurmasını kəskin tənqid edib:

“Futbolçunun bu hərəkəti biabırçılıqdır. Azarkeş komandasına dəstək olmağa gəlir. Azarkeşsiz futbol oynamaq olmaz. Futbolun gözəlliyi azarkeşlərin çılğınlığındadır. Heç meydana girən azarkeş futbolçulara toxunmurdu”.

“Neftçi”  tərbiyəsiz hərəkətinə görə Katalin Tiranı yalnız məşqlərdən uzaqlaşdırmaqla kifayətlənib.

Y.Hüseynov uzun müddət formasını geydiyi “Neftçi”nin bu qərarını anlamadığını qeyd edib:

“Hansı addımı atacaqlarını özləri bilər. Ancaq bu hərəkəti edən futbolçu komandanın lideri, gözü olsa da, dərhal qovulmalıdır. Bu barədə heç düşünmək də lazım deyil”.

Y.Hüseynov Katalin Tiranın vurduğu azarkeş haqda  “Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir" deməsinə də münasibət bildirib: “Bu nə demədkir? Fərqi nədir ki? Sən kimsən ki, azarkeşin üstünə şığıyırsan? Yəqin ki, hamı mənim fikrimlə razılaşar. Futbolçunu düşünmədən qovmaq lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail