Birinci divizionda ayın ən yaxşı qolu VİDEO

28.10.2016 | 3085 dəfə oxunub

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Stadium.Az xəbər verir ki, PFL artıq I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirir.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçib. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olublar.

PFL-in rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunda ən çox səsi Qeyrət Qənbərov toplayıb (68 faiz).

Lakin jurnalistlər arasında sorğuda qalib “Şərurspor”dan Fərmayıl Əliyev seçilib.

Belədə yekun nəticəni PFL-in əməkdaşları müəyyənləşdiriblər. Nəticədə ayın ən yaxşı qolunun müəllifi “Şəmkir”dən Qeyrət Qənbərov olub.

Bu gün keçiriləcək “Şəmkir” - MOİK oyunundan öncə Qənbərov mükafatlandırılacaq. Ona mükafatı PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edəcəklər. Bu məqsədlə adıçəkilən hər iki şəxs Şəmkirə yollanıb.

Qeyd edək ki, ayın ən yaxşı qolu nominasiyasında digər namizədlər MOİK-dən Orxan Həsənov, “Şərurspor”dan Mehman Məmmədov və “Şahdağ”dan Habil Nurəhmədov idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail