Mahir Şükürov 896 gündən sonra meydana çıxdı

29.10.2016 | 3607 dəfə oxunub

Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə oyunu “Neftçi”nin futbolçusu Mahir Şükürovun qayıdışı ilə əlamətdar olub. Stadium.Az saytının məlumatına görə, 34 yaşlı cinah oyunçusu 896 gündən sonra Premyer Liqa matçında meydana çıxıb.

Mahir 1:4 hesablı məğlubiyyətədək sonuncu dəfə 2013/14 mövsümündə, 2014-cü il mayın 17-də “Simurq”la səfər matçında iştirak etmişdi. O, qolsuz heç-heçədən sonra Premyer Liqadakı növbəti matçını 896 gün gözləməli olub.

2 il 5 aydan artıq müddətdə “Neftçi”dən kənarda qalan futbolçu bir müddət “Karşıyaka”da çıxış edib.

Onun Türkiyə klubundakı son rəsmi matçı 2015-ci il yanvarın 4-də baş tutub. “Kayserispor”la ev görüşündəki 2:1 hesablı qələbədən sonra 664 gün yaşıl meydanlara qayıdışı gözləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail