Zaur Svanadze: "Meydançamız idealdan uzaq olsa da, oynamaq olar" - MÜSAHİBƏ

30.10.2016 | 3565 dəfə oxunub

“İnter” baş məşqçisi Zaur Svanadze "Sumqayıt"a 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konframsında jurnalistlərin suallarını cavablandırıb: 

- Yaxşı oyun oldu. 3 xal qazandıq. Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlanaraq, qələbə qazanmağı bacardıq. Bu qələbəni Rəşad Qasımova (klubun bugünlərdə istefa verən prezidenti – red.) həsr edirik. Qarşıda bizi “Neftçi”ylə oyun gözləyir. Həmin matçda da qalib gəlməyə çalışacağıq.

- Hiss olunurdu ki, komanda prezidentini qələbəylə yola salmaq istəyir. Rəhbərliyin dəyişməsi “İnter”in oyununa təsir etməyəcək ki?

- Təbii ki, Rəşad Qasımovun istefası futbolçulara az da olsa, təsir edir. Ancaq onlar meydana çıxanda oyun barədə düşünürlər. Həm futbolçular, həm də məşqçilər peşəkardırlar. Bugünkü oyunda sübut etdilər ki, rəhbərlikdəki dəyişiklik oyunumuza təsir etməyəcək.

- “Qəbələ”ylə bu meydandakı oyunda rəqibin iki futbolçusu zədələnmiş və siz meydançanın vəziyyətindən narazı qalmadığınızı bildirmişdiniz. Bu gün isə sizin futbolçu Rauf Əliyev bu meydançada zədələndi. Hələ də meydançadan razısınız?

- Meydançamız idealdan uzaq olsa da, oynamaq olar. O ki qaldı Raufa, o, “Kəpəz”lə görüşdə də zədələnmişdi. Biz ona istirahət vermək istəsək də, bu gün özü meydana çıxmaq istədi. Ümid edirəm ki, “Neftçi”ylə oyunadək vəziyyəti düzələcək.

- Ağabala Ramazanovun oyunundan razı qaldınız?

- Ağabala Ramazanov bu gün birinci hissədə yaxşı təsir bağışlamadı. Ancaq ikinci hissədə fəallaşdı. Onun bu gün meydanda ən yaxşılardan olmasıyla razıyam.

- Bu gün Nizami Hacıyev iki qola imza atdı. Sizcə, o, millidə oynamağa hazırdır?

- Nizami də ikinci hissədə yaxşı oynadı. Məncə, millinin məqşçilər korpusu onun barəsində düşünə bilər. Qarşıda “Neftçi”ylə oyunda da izləyə bilərlər. Mənim komandam üçün tam hazırdır. O ki qaldı milliyə, buna yığmanın məşqçiləri qərar verməlidir.

- Hazırda “Qəbələ”, “Qarabağ” və “İnter” digər komandalardan öndədi. Həm oyuna, həm də qazandıqları xallara görə. Sizcə də, cari mövsümdə mübarizə elə məhz bu 3 klub arasında gedəcək?

- Təbii ki, “Qarabağ” və “Qəbələ”nin bu yerdə qərarlaşması gözlənilən idi. Ancaq “İnter”in uzun müddət 3-cü pillədə qərarlaşacağını gözləmirdim. Məncə, mübarizə hələ irəlidədir. “Neftçi”, AZAL, “Kəpəz” və “Sumqayıt”ı da yaddan çıxarmaq olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail