Mövsümün 100-cü qolu

31.10.2016 | 4381 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün 100-cü qolu vurulub. Stadium.Az xəbər verir ki, bu top X turun son matçına təsadüf edib.

“İnter” – “Sumqayıt” qarşılaşmasında (3:1) qeydə alınan son top yubiley xarakteri daşıyıb. Əvvəlki 9 turda 88 qol vurulmuşdusa, X turun 12 qolu ilə bu rəqəm 100-ə çatıb. 100-cü qolun müəllifi isə 80-ci dəqiqədə fərqlənən Nizami Hacıyev olub. Bu 100 qol 40 matçda qeydə alınıb ki, orta məhsuldarlıq 2,50-yə bərabərdir. Qollardan 58-ni meydan sahibləri, 42-ni qonaqlar vurub. I hissədə 40, fasilədən sonra 60 qol qeydə alınıb. “Qəbələ” hamıdan çox – 26, AZAL ən az – 4 top vurub. “Qəbələ” hamıdan az – 4, “Neftçi” ən çox – 24 qol buraxıb. 19 qolun vurulduğu IV tur ən yüksək, cəmi 3 qolun qeydə alındığı II tur isə ən aşağı məhsuldarlığa malik olub.

Mövsümün ilk qolunu avqustun 6-da AZAL-la səfər oyununda “Neftçi”nin futbolçusu Elvin Bədəlov vurmuşdu. pfl



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail