Emin Mahmudov: "Millinin son uğurlarında mənim payım demək olar ki, yoxdur" - MÜSAHİBƏ

02.11.2016 | 4348 dəfə oxunub

Azərbaycan millisinin və Portuqaliyanın "Boavista" klubunun yarımmüdafiəçisi Emin Mahmudov karyerası ilə bağlı müsahibə verib:

- Səndən sonra "Boavişta"ya gələn Kamran Ağayev artıq əsas heyət üzvünə çevrilsə də, sən heç ilk "18-liy"ə də düşmürsən. Belə münasibətin səbəbi nədir?

- Mənə bu kluba gələndə başqa söz vermişdilər. Amma gələndən sonra gördüm ki, artıq istefa vermiş baş məşqçimiz heç mənim gəlişimi istəmirmiş. O vaxt niyə onlara çox lazım olduğumu israrla dediklərini anlamıram. Halbuki, Rusiya Premyer Liqasında çıxış edən klublardan yaxşı təkliflər var idi. Amma söz verdilər ki, "Boavişta"da oynayacağam. Gördüyünüz kimi, heç mənə şans da vermirlər.

- Nə etməyi düşünürsən?

- Mən peşəkaram. Səylə məşq edirəm, əlimdən gələn hər şeyi edirəm. Nə etmək lazım olduğunu qışda düşünəcəyəm. Vəziyyət dəyişməsə, buradan gedəcəyəm.

- "Boavista" karyerası heç də pis başlamayan Kamrana komandada münasibət necədir?

- Kamran komandanın ən yaxşılarından biridir. Onu burada sevirlər. Çox yaxşıdır.

- Klubunda oynamamağın Azərbaycan yığmasına dəvət almağına da təsir göstərə bilərmi?

- Əlbəttə, bu, yığma komandadakı mövqeyimə təsirsiz ötüşmür. Buna görə də klubumda oynamasam, onu tərk etmək qərarına gələcəyəm.

- Emin Mahmudovla Ramil Şeydayev klublarında mütəmadi oynamasa da, sizin gəlişinizdən sonra yığmamızda irəliləyiş var...

- Millinin son uğurlarında mənim payım demək olar ki, yoxdur. Sadəcə, uşaqlara halal olsun. Çox layiqli oyun sərgiləyirlər. Robert Prosineçkinin əli də hiss olunur. Baş məşqçi bizə inanır. Bu da bizə əlavə güc verir. Bütün bunlar da nəticədə öz əksini tapır.

- Qarşıda Şimali İrlandiya - Azərbaycan matçı var...

- Bu komanda öz çıxışı ilə AÇ-2016-da doğrudan da hamını sevindirdi. Qitə birinciliyində çox yaxşı çıxış etdilər. Amma mənə elə gəlir ki, biz bu komandaya qarşı oynaya bilərik və oynamalıyıq. Dəqiq necə oynayacağımızı isə baş məşqçi deyəcək. Yaxşı nəticəyə ümid edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail