"Qarabağ"dan tarixi göstərici, "Qəbələ"dən antirekord

05.11.2016 | 4963 dəfə oxunub

Azərbaycan 2012-ci ildən təmsil olunduğu Avropa Liqasının qrup mərhələsində 4-cü qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, bu, yenə "Qarabağ"la gerçəkləşib. Qurban Qurbanovun komandası Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəlməklə rekord müəyyənləşdirib.
Məsələ ondadır ki, indiyədək qrupda 2 qələbəmiz olmamışdı. Buna ilk nail olan "Qarabağ"ın əvvəki 2 qələbəsi hərəsi 1 mövsümdə olub. Bu, debütdə Kiyevdə "Dnepr", sonrakı mövsümdə Bakıda "Anderlext" üzərində 1:0 hesabı ilə olub.

Qrupda digər təmsilçilərimizdən "Neftçi" ilə "Qəbələ"nin qələbələri yoxdur. "Ağ-qaralar" yeganə mövsümündə qrup matçlarının yarısında heç-heçə edib, yarısında uduzub. Roman Qriqorçukun komandası isə ötən mövsümdə olduğu kimi 4-cü məğlubiyyətini alıb. Özü də bu dəfə ardıcıl olub. Qrupdan çıxmayacağı artıq rəsmiləşən "qırmızı-qaralar" məğlubiyyət sayında öz antirekordunu təkrarlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail