"Qarabağ" ölkəmizin xal ehtiyyatını artırdı

05.11.2016 | 5567 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. Stadium.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Qəbələ”nin uduzduğu gecədə “Qarabağ” aktivimizə daha 0,500 xal əlavə edib.  Ağdam klubu bunu Yunanıstanda PAOK-u 1:0 hesabı ilə məğlub etməklə gerçəkləşdirib. Bakıda Fransa “Sent Etyen”inə 1:2 hesabı ilə uduzan “Qəbələ” isə aktivimizi zənginləşdirə bilməyib. Mövsümün arxada qalan hissəsindəki qazancımız 4,250-yə yüksəlib.

Bunun ən böyük hissəsi “Qarabağ”ın payına düşür - 2,125. “Qəbələ” isə hesabımıza 1,375 xal gətirib. Artıq mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb. Son 5 ildə isə 17,750 xal qazanan Azərbaycan tarixinin ən yüksək göstəricisini yeniləyib. Lakin bu rekord da 25-ci sıradan yuxarı yüksəlmək üçün yetərli olmayıb. Ölkəmiz 24-cü olan İsraildən 0,375 xal geri qalır. 26-cı olan Kipr isə 0,200 xal gerimizdədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail