PFL ən yaxşı qolun müəllifini açıqladı

09.11.2016 | 2730 dəfə oxunub

Azərbaycan I divizionunda oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Stadium.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, azarkeşlər bir, jurnalistlər digər futbolçunu oktyabr ayının ən yaxşı qolunun müəllifi hesab ediblər. 

Emin Mehtiyev (“Zaqatala” PFK) jurnalistlərin seçimi zamanı 40 % səs toplayıbsa, Anar  Babayev (“Səbail” PFK) azarkeşlərin səsverməsi zamanı eyni nəticəni təkrarlayıb. 

Belə olan təqdirdə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Keçirilmiş daxili toplantı zamanı səslərin çoxunu “Zaqatala”nın futbolçusu Emin Mehtiyev qazanıb. Beləliklə, Mehtiyev I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.

Futbolçuya Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış xatirə hədiyyəsi və pul mükafatı (500 AZN) “Zaqatala”nın ev oyunlarının birində təqdim olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail