"Final mərhələsinə düşmək şansımız qalır" - Prosineçki

15.11.2016 | 4430 dəfə oxunub

"Şimali İrlandiya bizə standart vəziyyətdən 3 qol vurdu. Təmiz qələbə qazandılar. Buna görə də onları yalnızca təbrik edə bilərəm. Rəqib ucaboylu və çox güclüdür. Bu məğlubiyyət o qədər də inandırıcı görünməsə də, arada belə hallar yaşanır". 

Qol.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prsoniçeki Xorvatiya mətbuatına açıqlamasında bildirib. 

Xorvatiyalı mütəxəssis öz ölkəsindəki həmkarlarımıza millimizin 2018-ci il Rusiyadakı dünya çempionatının final mərhələsinə düşmək şansının qaldığını söyləyib: "Bu şansını hələ də saxlayırıq. Qrupdakı ən önəmli rəqiblərimizdən biri Şimali İrlandiyadır və onlar AVRO-2016-da iştirak ediblər”.

Prosineçki Şimali İrlandiyanın Xorvatiya ilə oynayacağı sabahkı yoldaşlıq matçına da toxunub. Onun fikrincə, qrupdakı rəqibi həmyerlilərini təəccübləndirə bilər: "Çünki boyları 190 santimetrdən hündür olan futbolçuları çoxdur. Bu həmyerlilərim üçün böyük problem olacaq. Rəqib komanda həm də topa çox yaxşı yüksələ bilir. Düşünürəm ki, Xorvatiya millisi İslandiyanı məğlub etdikdən sonra Şimali İrlandiyanı da udaraq qələbə seriyasını davam etdirəcək. Təbii ki, son nəticədə dostluq qazansın istəyirəm. Belfastdakı oyun bəzi futbolçular üçün yaxşı sınaq olacaq” (sportnet.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail