Nizami Hacıyev: Milliyə çağrılmaq üçün gedək kiminsə qapısında yataq?

16.11.2016 | 7506 dəfə oxunub

Nizami Hacıyevin millidə çıxış etmək arzusu reallaşmır. "İnter"in kapitanı yaxşı formada olsa da, stabil çıxış etsə də, bu, yığmamızın baş məşqçisi Robert Prosineçki üçün yetərli deyil. Əvəzində isə klublarda əsas heyətə düşməyən futbolçular milliyə dəvət edilir, meydana start heyətdə çıxır. Belə durumda son günlərdə vurduğu qollarla adından söz etdirən Nizaminin təəssüf hissini başa düşmək olar.


O, "Neftçi" ilə oyundan sonra da Prosineçkiyə açıq şəkildə ismarıc yollayıb, yığmaya çağrılmadığına təəccüblənmişdi. Çox keçmədi ki, xorvatiyalı çalışdırıcı təcrübəli yarımmüdafiəçinin ismarıcına cavab verdi: "Mən ancaq Azərbaycanda belə şey görmüşəm ki, futbolçu mətbuat vasitəsi ilə milli komandaya dəvət almasını istəyir. İşlədiyim digər ölkələrdə belə hallarla rastlaşmamışam. Düzdü, Nizami Hacıyev zəif futbolçu deyil. Ancaq hazırda güclü futbolçu da deyil”.
 
Stadium.az xəbər verir ki, Futbol11.az saytına müsahibə verən "İnter"in kapitanı bizimlə söhbətə elə Prosineçkinin dediyi fikirə münasibət bildirməklə başladı:
 
- Bəs, necə edək? Milliyə çağrılmaq üçün gedək kiminsə qapısında yataq? Bu, bizə yaraşmaz! Millidə oynamaq hər futbolçunun arzusudu. Bu arzunu da reallaşdırmaq üçün futbolçunun meydandakı bacarıqları yetərlidi. Yığmaya düşmək üçün digər üsullar da bizlik deyil. Mən "İnter"in kapitanıyam. Əsas heyət üzvüyəm. Çempionatın liderlərinə oyunla uduzmamışıq. Komandanın yükünü ən azından çiynimizdə daşıya bilirik. Bunu da hər kəs görür. Qollar vurur, məhsuldar ötürmələr edirəm. Əgər Nizami güclü futbolçu deyilsə, bəs, "18-liy"ə düşməyən futbolçunu milliyə cəlb etməsini necə başa düşək? Klublarında əsas heyətə düşməyənlər millidə oynayırsa, belə çıxır ki, Azərbaycan futbolu 2-3 nəfərdən ibarətdi?


- Belə durumda Pavel Paşayevin milliyə cəlb edilməsi sənə təsir etmir?
- Əlbəttə təsir edir. Təkcə Pavel olsaydı, dərd yarı idi. Deyərdim ki, eybi yox, qoy olsun. Amma bu gün futbolçuları müzakirə etsək, görərik ki, İlkin Qırtımov Paşayevdən zəif deyil. Bundan başqa Slavik Alxasovu da qeyd edərdim. Əgər Nizami milliyə layiq deyilsə, onda Azərbaycan futbolu kimə lazımdı? Necə olur ki, əsas heyət üzvünü, komandanın kapitanını yığmaya çağırmırsan, amma "18-liy"ə düşməyən futbolçunu millidə ilk "11-lik"də meydana buraxırsan. Bu, nə qədər düzgündü? Bu, hansı məntiqə sığır? Bunun açıqlamasını mənə versin, işimizi bilək.
 
- Bəs, nə etmək fikrindəsən?
- Bir dəfə çağırsın, müzakirə etsin də. Robert çağırıb desin ki, "Nizami, sənə şans verdim, gücünü göstər". Ondan sonra görərik ki, kim kimdi. Nizami bu çempionatda hələ 50 faiz oynayır e.
 
- Belə çıxır ki, Prosineçki millinin baş məşqçisi olduğu müddətdə yığmanın qapıları sənin üzünə bağlıdı...
- Mənim üçün fərqi yoxdu, Prosineçki və ya başqa birisi. Elə götürək mənim mövqeyimdə çıxış edən Asif Məmmədovu. Adam Avropa Liqasında oynayır, əsas heyət üzvüdü. Bəs, onu niyə çağırmır? O da zəif futbolçudu? Daha nə oldu?
 
- Deyir ki, "mənim öz fəlsəfəm var"...
- Öz fəlsəfəsi varsa, desin də. Fəlsəfəsi "18-liy"ə düşməyən futbolçunu milliyə çağırıb əsas heyətdə oynatmaqdısa, onda mən pas. Onda mən də Zaur Svanadzedən xahiş edəcəm ki,  məni 5 tur "18-liy"ə salmasın, bəlkə Prosineçki milliyə çağırdı.
 
- Niyə də yox?!

- Bu gün məşq yoxdu. Sabah yazılı şəkildə baş məşqçimizdən xahiş edəcəm. Doğrudan e, niyə də yox?!
 
- Ümumiyyətlə, yaxın gələcəkdə millinin formasını geyinəcəyini gözləyirsən?

- Millidə çıxış etmək hər bir futbolçunun arzusudu. Yığma komanda üçün hər zaman əlimdən gələni etməyə hazıram. Möcüzə isə hər zaman baş verə bilər. İnsanın ağlına gəlməyəni Allah başına gətirir. Amma Prosineçkinin "güclü futbolçu deyil" fikri ilə razı deyiləm. Futbolçu stabil çıxış edirsə, lazım olan nəticəni qazanırsa, ən azından milliyə dəvət edilib, yoxlanılmalıdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail