Qurban Qurbanov sağlamlıq imkanları məhdud gənclərlə görüşdü-FOTO

17.11.2016 | 4003 dəfə oxunub

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.

Stadium.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanov fiziki imkanları məhdud olan insanlar tərəfindən böyük maraqla qarşılanıb. Baş məşqçi onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.

Daha sonra Q.Qurbanova fiziki qüsurlu şəxslərin məşğul olduğu boççia idman növü haqqında məlumat verilib.  Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. Boççia sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyətidir.

Qurban Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçılarıyla tanış olub. Baş məşqçi Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub.

Oyundan sonra isə klub üzvləri ilə təəssüratlarını bölüşən baş məşqçi onlara uğurlar arzulayıb. Görüşün sonunda isə xatirə şəkili çəkilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail