Şahin Diniyev: "Qarabağ" Avropanın top klublarından biridi"

18.11.2016 | 4735 dəfə oxunub

"Deməzdim ki, ideal vəziyyətdəyik. Çünki bəzi futbolçularımız zədəli idi və yenicə komandaya qoşulublar. Həm Şəhriyar Əliyev, həm də Dario Frederiko hələlik pik formaya çatmayıblar. Kərimin itkisi mərkəzd bizim üçün böyük problem yarada bilər. Ona görə ki, bizdə rəqibdən top almaq baxımından biraz problemlər var. Ancaq bu səbəblərin hər biri oyun zamanı kənarda qalmalıdı”.

Stadium.az xəbər verir ki, bu sözləri Futbol11.az saytına açıqlamasında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
 
"Kəpəz” Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qarabağ”ın qonağı olacaq. Matçdan öncə əməkdaşımızın suallarını cavablandıran çalışdırıcı iki gün sonra baş tutacaq qarşılaşma haqda danışıb: "Bizi çətin oyun gözləyir. "Qarabağ” Azərbaycan Premyer Liqasının və Avropanın top klublarından biridi. Onlara qarşı oynamaq çox çətindi. Bu, futbolçular üçün və məşqçi üçün bir növ sınaqdı. Çox istərdik ki, bu imtahandan uğurla çıxaq”.
 
Mütəxəssis qeyd edib ki, futbolçular yüksək motivasiyada olsalar, "Qarabağ”dan xal ala bilərlər: "Bilirsiniz ki, ilk dövrədə Gəncədəki oyunda "Qarabağ”la heç-heçə etmişdik. Həmin oyunda futbolçular yaxşı mübarizə aparmışdılar. Deməzdim ki, "Qarabağ”la bərabər səviyyəli komandalarıq. Heyət və oyun baxımından "Qarabağ”dan geri qalırıq. Ancaq iki gün sonrakı oyunda daha istəkli olsaq, nəyəsə nail ola bilərik. Acı da olsa, etiraf etməliyik ki, oyunun favoriti "Qarabağ”dı. Ancaq futbolda hər şey mümkündü”. 
 
Diniyev "Kəpəz”in qış fasiləsindəki planları haqda danışıb: "Planlarımız var. İstəyirdik ki, Gürcüstanda hazırlıq keçək. Amma Gürcüstanda çempionat mart ayında başladığı üçün, bizim istədiyimiz kimi şərait olmadı və ora getməkdən imtina etdik.  Yanvar ayının 8-də Bakıda hazırlığımız başlayacaq və 10 gün davam edəcək. Ola bilər ki, qışda bir-iki futbolçu ilə güclənək. Əlbəttə, nəsə ola bilər. Hər bir mövqedə futbolçuya ehtiyac var. Amma büdcəmizə baxıb, hərəkət edəcəyik.”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail