“Başqasının nəticələrini düşünmürəm” – Qurban Qurbanov

24.11.2016 | 3983 dəfə oxunub

“Vacib oyuna gəlmişik. Belə oyunlarda düşünülə bilər ki, biz daha istəkliyik. Amma rəqib futbolçuların verdikləri müsahibələrdən hiss olunur ki, onlar daha istəklidirlər, ilk qələbələrini qazanmaq istəyirlər. Onların son matçlarda uğursuz nəticə əldə etmələrinə baxmayaraq, sistemləri elədir ki, heç bir rəqibə asan oyun göstərmək imkanı vermirlər. “Slovan” güclü komandadır. Onların gücünü Bakıdakı oyunda gürmüşük. Bunların hamısını nəzərə almışıq. Sabahkı oyunda az səhv etməyə çalışacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Slovan"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Sabah bütün Azərbaycanın gözü “Qarabağ”da olacaq. Bu psixoloji təzyiq futbolçulara necə təsir edəcək?

- Sabah hamının bizimlə olacağını bilirik. Avrokubokdakı oyunlarımızla insanlar çox maraqlanırlar. Bütün Azərbaycan uğurlu nəticə əldə etməyimizi istəyir. Hər turnirə, hər oyuna düzgün hazırlaşmağa çalışırıq. Sabah mütləq qalib gəlib növbəti mərhələyə vəsiqəni təmin edəcəyimizi düşünsək, bu, bizim üçün yaxşı nəticələnməz. Futbol bir oyunla bitmir. Hər matçda düzgün iş görərək uğurlu nəticə əldə etməyə çalışırıq. Fikrimcə, prinsiplərimiz özünü doğruldur. Bütün komandanın diqqəti sabahkı matçdadır. Rəqibin necə təhlükəli olduğunu Bakıda görmüşük. İndidən qələbə qazanıb növbəti mərhələyə adlayaq düşüncəsi bizdə yoxdur.

- Sizin rəhbərliyiniz altında “Qarabağ” yaydan qış dönəminə qədər yüksələn qrafiklə çıxış edir. Demək olarmı ki, “Qarabağ” artıq pik nöqtəyə çatıb?

- Hazırlıq bir az fərqli olur. İlk günlərdən tələsmək istəmirik. Düşünsək ki, bu gün bizdə hər şey qaydasındadır, yalan olar. Mövsümün sonunda hansısa geriləmə ola bilər. Bunu futbolçular dərk etməlidir ki, bir daha təkrarlanmasın. Nə qədər desək ki, komanda yaxşı formadadır, amma yenə də çatışmazlıqlarımız var. Çünki Azərbaycan çempionatı ilə Avroliqa fərqli turnirdir. O cümlədən rəqiblər də fərqlidir.

- Liberetsə gələrkən yolboyu ilk matçın videoyazısına baxdınız, futbolçular dincəldilər. Bakıya qayıdanda siz nə edəcəksiniz, futbolçular nə?

- Biz gələcəyimizi düşünsək də, bu gün üçün yaşayırıq. Hazırda yalnız bu matçı düşünürük. Yolda nə edəcəm, bu o qədər də önəmli deyil.

- Çexiya komandalarına qarşı uğurlu nəticələr göstərə bilmirik. Bu sindromun səbəbini necə izah edərdiniz?

- Bu barədə düşünmürəm ki, kiməsə qalib gəlmək istəyirik, hansısa sindromu qırmaq istəyirik. Hər hansı heç-heçə bizim üçün qələbəyə bərabərdir. Avroliqa elə turnirdir ki, hər xal bizim xeyrimizədir. Sabahkı rəqib “Fiorentina” və ya PAOK da ola bilərdi. Bizim üçün ölkənin fərqi yoxdur. Çalışırıq yaxşı hazırlaşıb, uğurlu nəticə əldə edək.

- Rəqibin baş məşqçisi son çempionat oyunundan sonra demişdi ki, ilk matçı unutmuşuq, bu dəfə tam fərqli olacaq. Siz rəqibdə hansısa dəyişiklik hiss etmisiniz?

- Son nəticələrində uğursuzluq var. Amma oyun üslublarını qoruyurlar. Get-gedə sürəti artırırlar. Onların sisteminə qarşı oynamaq bizim üçün çətindir. Və onlara qarşı səhv etmək ehtimalımız daha çoxdur. Çempionatlarında rəqibləri “Slovan”ı daha yaxşı tanıyır. Çünki müntəzəm üz-üzə gəlirlər. Amma mən deməzdim ki, onlarda nəsə dəyişib. Əksinə, Bakıdakından daha yaxşı “Slovan” izləyəcəyik. Bu turnirdə hamı sona qədər mübarizə aparır.

- Bədavi Hüseynov sabahkı görüşə hazırdımı?

- Onun oynamaq ehtimalı çoxdur. Amma hələ tam qərar verməmişəm.

- Azərbaycan komandalarının çexiyalılara qarşı son 4 oyununun hamısında bərabərlik qeydə alınıb. Bunun 3-ü “Qarabağ”ın aktivindədir...

- Bizim üçün vacibi sabahkı oyundur, maksimum nəticə əldə etməyə çalışırıq. Bu gün əvvəlki nəticələrimiz barədə futbolçularla danışmamışam, onlara hansısa fikir bildirməmişəm. Diqqətimiz sabahkı matçadır.

- “Fiorentina” – PAOK oyunu da bizim üçün önəmlidir. Sizcə, “Fiorentina” öz gücünü ortaya qoysa, PAOK-un şansı olarmı?

- “Fiorentina” haqda düşünməyə vaxtım da yoxdur. Başqasının nəticələrini düşünmürəm. Bizə lazım olan futbolçuların psixoloji, taktiki və fiziki cəhətdən hazır olmasıdır.

- Həm Rəşad Sadıqov, həm də Milan Baroş sabah meydana çıxmayacaq. Düşünmək olar ki, güclər bərabərləşib?

- Bütün azarkeşlər bu cür oyunçuların meydanda olmasını istəyər. Onlar həm kapitan, həm də liderdilər. Amma mən yenə yalnız öz futbolçularım haqda düşünürəm. Çox istərdim ki, Rəşad sabah meydanda olsun. Amma futbolda belə hallar olur. Buna da hazır olmalıyıq. Yenə də əlimizdəki futbolçularla hazırlaşmışıq ki, uğurlu nəticə qazanaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail