"Futbolçularımı qınamıram" - Qurban Qurbanov

25.11.2016 | 4463 dəfə oxunub

“Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”. 

Stadium.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının V turunda “Slovan”a Çexiyada böyük hesabla (0:3) məğlub olan Ağdam təmsilçisi növbəti mərhələ şansını təhlükəyə atıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun oyunu  belə şərh edib: “Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”.

Düşünmürsüz ki, hesab 0:1 olarkən Muaremin qaçırdığı epizod həlledici oldu?

- Ola bilərdi. Matçdan əvvəl tamam fərqli, indi fərqli düşünürük. Belə şeylərə hazır olmalıyıq. Amma futbolçular diqqətli olmalıdılar. Futbolda bəzən sən qol vurmursan, sənə vururlar. PAOK-un “Fiorentina”nı məğlub etməsi hələ hər şey deyil. İkinci ildi ki, şans son tura qalır. Hər oyun, hər məğlubiyyət bizim üçün təcrübədir. Avropada elə bir komanda yoxdu ki, 2-3 oyun uduzub, belə çıxış edirlər. “Slovan” öz çempionatında böyük hesabla məğlub olsa da, bu gün tam fərqli çıxış etdi.

- Bu gün nədə uduzdunuz?

- Biz komandayıq, kollektivik. Burda bunu açıqlamayacam. Bu kəlama önəm vermirəm. Hər birimizin öz missiyamız var. Məğlub olmuşuqsa, deməli, hamımız buna layiq idik.

Rəqibin qələbəsinin səbəbi nə idi?

- Rəqib eyni futbolu oynadı. Çalışıram meydança amilini göstərməyim. Bu gün rəqibin pressinqindən çətin çıxdıq. Oyun ərzində 20 dəfə uzun top oynadılar, 18-də qalib gəldilər. Əsas bunda uduzduq. Koliniçenka yəqin ki, ən yaxşı oyununu keçirdi. Futbolçularımı qınamaq istəmirəm. Topla davranmaq ağır idi, tez-tez sürüşürdülər. Halbuki buna hazırlaşmışdıq. Uzun top zamanı topun ətrafına iki nəfər getməlidi ki, top bizdə qalsın. Amma rəqib bunun üzərində ilboyu işləyir.

- Migel Madera oyunboyu aqressiv idi. Bu nədən qaynaqlanırdı?

- İlk dəqiqələrdən mübarizə getdi. Bəzən oyunçuya həddən artıq yaxın oynayanda, o istər-istəməz əsəbləşir. Migel uduzmağı xoşlamayan futbolçudu. Bəzən bizim görmədiyimiz epizodlar olur. Bu halları normal qarşılamaq lazımdı. Onun meydanda olması bizim üçün vacib idi. Boyuna görə. Amma sarı vərəqə alaraq, cəzalı duruma düşdü.

- Yenə həlledici oyun İtaliya təmsilçisi ilə olacaq...

- Bizim üçün fərqi yoxdu. Amma belə matçlarda bu cür rəqiblər daha çox soyuqqanlı, hazırlıqlı olurlar. Futbolçuların hamısı məsələni burda həll etməyi düşünürdü. Amma belə görüşlərdə həddən artıq soyuqqanlı oynamaq lazımdı.

- Dino Ndlovunu meydanın ən yaxşısı saymaq olarmı?

- Kimisə fərqləndirmək istəmirəm. Yarımmüdafiəçilər də çox qaçdılar.

PAOK-un “Fiorentina”ya qalib gəlməsini gözləyirdinizmi?

- Açığı, gözləyirdim. Çünki PAOK “Fiorentina” üçün çətin rəqibdi. İlk oyunda bunu göstərmişdi. Yunanları hər iki matçda məğlub etsək də, öz oyun üslubları var. Azarkeş kimi, belə şeyləri gözləməliyik, hazır olmalıyıq. Tələsməməliyik. Hamı qələbə istəyir. Amma bəzən tələskənlik diqqətsizliyə gətirib çıxarır. “Rostov”un da “Bavariya”nı məğlub edəcəyini heç kim gözləmirdi. Amma Avropada futbol fərqlidi.

- Hər şey yenə öz əlinizdə olacaq. Bu, müsbət, yoxsa mənfi haldı?

- Biz rəqibi təhlil edib, komandanı hazırlayırıq. Bizdən asılı olmayan şeylər var. Deməməliyik ki, öz əlimizdədi. Çünki “Fiorentina” bizdən qat-qat güclü komandadı. Futbolda gözlənilməz nəticələr olur. Məncə, gözləmək lazımdı. Bəlkə Bakıda daha maraqı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail